Blog


JuJu
25, Sumgayit, Azerbejdżan


26.04.2015
JuJu
25, Sumgayit, Azerbejdżan

Ömür yolu olur qısa,
alışırıq yana-yana...
Həyat yalnız bircə dəfə,
bəxş olunub hər insana...

Doğru yolu gedə bilək,
yaxşılığı edə bilək...
Ömür elə düz ola ki,
buna görə deyib-gülək!...


Üzü bərkmiş bu dünyanın,
istəsək də onu yenə...
Bax beləcə bu həyatda,
yaşayırıq,ay Pərvanə!....

Həyatına naxış olan,
tələbəlik illəridi...
Bu bacılar,bu qardaş da,
ömrün təzə gülləridi!...


Arzuların açsın çiçək,
sən toxunma heç vaxt daşa!...
Bu dünyada,ay Pərvanə,
sən həmişə xoşbəxt yaşa!...


19.04.2015
JuJu
25, Sumgayit, Azerbejdżan

Eşitdim, dostlardan məni sormusan,
Bir mesaj yazmağa üzün gəlməyib.
Özgə birisilə ailə qurmusan,
Bir dəfə olsa da üzün gülməyib.

Eşitdim, yamanca peşman olmusan,
Məni terk etdiyin o gündən bəri.
Özgə qollarında tənha qalmısan,
Unuda bilmirsən mənli günləri...

Eşitdim, arada gözlərin dolur,
Mənli xatirələr düşür yadina.
Ürək də, beyin də yadina salır,
Ölməz xatirələr çatır dadına...

Eşitdim, hər sabah məyus olmusan,
Gecələr gündüzdən qoparır səni.
Bu cavan yaşında yaşa dolmusan,
Yuxular uzağa aparır səni...

Eşitdim, üzünü qırışlar basıb,
O mənə etdiyin günahlarındı.
Eşitdim, deyəsən lap ağlın çaşıb,
Hər günah basqa bir sabahlarındı.

Eşitdim, şeirimi oxuyanda da,
O qara gözlərin dolub nədənsə.
Göz yaşın qarışıb qara telinə,
Üzündə güllərin solub nədənsə...

Bilirəm, oxuyub hey ağlayırsan,
Daha istəmirəm ağladım səni.
Bilirəm, rəsmimi qucaqlayırsan,
Rəsmim tək qoruya bilmədin məni!


JuJu
25, Sumgayit, Azerbejdżan


Dayanın qoymayın çalınsın son zəng
Hələ ayrılıq istəmirik biz
Niyə ayırırsız bizləri bugün?
Axı məzun olmaq istəmirik biz!

Sən idin on bir il bundan əvvəl
Bizləri öz himayənə götürən məktəb
İndi böyümüşük deyəmi bugün?
Bizləri özündən dəf eyləyirsən?

Biz səndə öyrəndik elim-tərbiyə
Müəllimlərimizin xoş əməyi ilə
Tələbəlik arzusu olsada bizə
Hələ ayrılıq istəmirik biz.


Məktəbin ilk günləri biz ağlayardıq
Yad idi məktəb bizə ev üçün darıxardıq
Biz ötən illəri soraqlayırıq
İndidə üzür bizi yaman ayrılıq.


Bəzi dərslərdə biz səs salardıq
Bəzi dərslərdə durmaz qaçardıq
Bəzən dəcəl idik bəzəndə sakit
Sinif otağımız o günə şahid.

Bugün çalınacaq bizim üçün son zəng
Çətində olsa ayrılaq gərək
On iki il biryerdə oxuduğumu
Bacı qardaşlarla biz vidalaşaq gərək.

liniia-1242.gif


JuJu
25, Sumgayit, Azerbejdżan

Sadəcə darıxdım desəm bəs edərmi görəsən ? Məncə etməz . Darıxmaq deməklə darıxmaq olmaz !


JuJu
25, Sumgayit, Azerbejdżan

nə üzünü görmək istəyərəm nə də salam ver mənə xatirələrim də artıq yer yox sənə hüzn qatarında yer ayırtdım yolçu faktoru istəmərem gəlmə stansiyaya geridə qalan xatirələrlə qal baş-başa gündəliyində izah edərsən yaşananları tozlu səhifələr arasında dilə gəlir sözlər oxucusan gözyaşlarınla bir gün izah edərsən eşq nağılını uzun qış gecələrində yoldaş olar sənə hər nağılın sonu gözəl bitməz göydən üç alma düşməz deyə bilməzsən biri mənə təxirə salınar her sey qalar başqa bahara küsərsən talehə qəhr edərsən yaşananlara tək təsəllin olar içdiyin hər bir qədəh dinlədiyin mahnılarda dərman olmaz dərdinə bax o zaman üsyan edər vurarsan şüşənin dibinə gözlərindən axan…


JuJu
25, Sumgayit, Azerbejdżan

Xoşbəxtlik mənimdə qapıma gəldi,
Səni tanıdığım günə Şükürlər olsun…
Hər gün Allaha açdım əlimi,
Səni tanıdığım günə Şükürlər olsun…

Kədərlikən gülməyi səndən öyrəndim,
Göz yaşımız belə, sevincdən olsun…
İndi qulağına bir söz deyərdim:
-Səni tanıdığım günə şükürlər olsun

Həyatda ən böyük hədiyyəmsən sən,
Yaxşı və pis gündə yanımda oldun,
Hər gecə dediyim söz nədir bilirsən?
“Onu tanıdığım günə Şükürlər olsun”



JuJu
25, Sumgayit, Azerbejdżan

O verilmiş sözlərimizə Sadiq qala bilmədik
Gərçəyi deyildə
Yalanı kovalayanmışız
Biz ürəkli ola bilmədik bu sevdada
Ürəkli ola bilmədik

Блестяшки Любовь


JuJu
25, Sumgayit, Azerbejdżan

Ömür keçdi vərəq-vərəq
Xatirələr pərən-pərən
Mən səni çox gözlədim…
Mən səni çox gözlədim…

Xəyal məni sürüklədi,
Ötən günün həsrətinə,
Mən səni çox gözlədim…
Mən səni çox gözlədim…

İllər keçdi həsrət ilə…
İllər keçdi məlal ilə…
Xatirələr yığnağında
Xatirələr atəş oldu ürəyimdə
Mən səni çox gözlədim…


JuJu
25, Sumgayit, Azerbejdżan

..bir gün bütün elədiklərinizə qarşılığını verəcəm..

vecsizliyinizin,sözünüzün üstündə durmamağınızın..insanları saymamağınızın,özünüzdən aşağı görməyinizin..

hər şeyin..

mən səbirli insanam,yeri gələndə sizi əsəbləşdirəcək qədər səbirli olub,sinirlərinizə toxunacaq qədər səssizləşə bilərəm..

bəzən sizə “getmə,belə etmə” deyə bilərəm.bu sizin vazkeçilməz olduğunuzdan deyil,sadəcə sizi daha yaxşı tanımaq istədiyimdəndi.

həyatınızda heç vaxt görmədiyiniz qədər çox sevə bilərəm,dəyər verə bilərəm,hörmət edə bilərəm..və hərdən bu sizə çox gələ bilər.dərmanların üstündə də hərdən “əks təsirlər”yazılır..deyirlər,kimə özündən çox dəyər versən get gedə onun köləsi olursan.balansı qorumaq lazımdı və mən bunu bacarıram..tam özünüzü dünyanın kralı hesab edəndə bircə “sağol”kəliməsi taxtınızdan düşürməyə bəs edər..bir iki gün heç nəyin vecinizə olmadığını hiss edə bilərsiz.amma vaxt keçdikcə egonuz qidasız qalar…


Blog
Blogi są aktualizowane co 5 minut