Blog


pallet84
40, Baku, Azerbejdżan

Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsa əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək,gəlməyəm, köçəri quşam,
Uzağam, soyuğam, dərdəm, fəryadam.
Əgər olsa, olsa, qonaq eləyər
Rəhm edib gözümün məhzunluğuna.
Mənsə səhər durub gizli qaçaram,
Utanıb, əlvida demərəm ona!


pallet84
40, Baku, Azerbejdżan

Heyif o gözlərə o baxışlara
Özgə birisinə baxacaq həmən
Heyif o ilahi qövsi qaşlara
Sinacaq kədərli düşüncələrdən

Heyif o alovlu ötən çağlara
Uçan yad budağa tez qonacaqdır
Heyif gülə bənzər o dodaqlara
Özgə bir dodağa toxunacaqdır

Gülüm heyif sənə yazıqlar mənə
Qoruya bilmədim məhəbbətimi
Özüm bilə-bilə verirəm yenə
Özgə birisinə səadətimi


pallet84
40, Baku, Azerbejdżan

...Qadın ürəyi...

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi..!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi...

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi...

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi...

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi...

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi...

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın…


pallet84
40, Baku, Azerbejdżan

Bir de qayıtmisan o günler teki,
Qelbimde sevdalar çağlaya yene..
Gözümde o qeder alçalmısan ki,
Daha nifretim de heyifdir sene!

İndi siz terefe düşse güzarım,
Düşünme men seni anıb gelmişem..
Öten günlerime düşüb yollarım,
İten günlerime yanıb gelmişem..

Rastlaşsan menimle dayanma, tez keç,
Ne bir qıyğacı bax,ne de ki dillen.
Sen meni bir daha xatirlama heç,
O daş xatireni yandira billem..

Senli xatireler ölsün deyirem!
Herden bir ox kimi bağrımı delir..
O qeder yormuşam o yollari ki,
İndi yollara da yazığım gelir!

Daha istemirem dillenib ürek,
Bir de bu yollara "alış, yan" desin..
Sevilen kim idi, seven kim idi
Qoy…


pallet84
40, Baku, Azerbejdżan


Sən hardan biləsən, nə çəkirəm mən,
Payızam... Ey ömrün ilk baharlısı.
Sən hardan biləsən, nədən biləsən,
Yoxdur bu dünyada səndən varlısı.
Duman tək dağlara çəkilən mənəm,
Budaqlar üstündə quş tək dinən sən.
Payızda yarpağı tökülən mənəm,
Ömrün yaz çağında çiçəklənən sən.
Illərim xərclənmiş, ömür gödəlmiş,
Sənin yol gedəsi çox illərin var.
Mənim ürəyimdə baş-başa gəlmiş
Kövrək duyğulardan nə xəbərin var?
Deyirsən, ocağın közü mənəm, mən,
Sənsə tüstülənən xatirələrsən.
Ancaq xatirəmi? Səhvin var sənin,
Dağdan xəbərsizdi arandakılar.
Bir də... unutma ki, tüstülənənin
Təzədən tutuşub alışması var.
Sən hardan biləsən sevda anları
Qənimət payıdır tükənən ömrün.
Sısqa bir bulağın son damcıları
Daha şirin olur təşnələr üçün.
Sən hardan biləsən, axşam şöləsi
Niyə aynaları alovlandırır.
Sən hardan biləsən, bülbülün səsi
Niyə son baharda ürək yandırır.
Artır zaman-zaman vaxtın qiyməti,
Arzu…


04.02.2014
pallet84
40, Baku, Azerbejdżan

Sən demə o da sevir məni dəli kimi...

Sən demə üzü gülürmüş məni görən kimi...
Sən demə gizlədirmiş ürəyində sevgini...
Artıq bilirəm sevirsən sən də mənim kimi...


pallet84
40, Baku, Azerbejdżan

Sen ruhumsan, ureyimsen,
Tesellimsen, komeyimsen,
En cox indi gereyimsen,
Yari yolda qoyma meni.

Arxada yaz, qabaqda qis,
Tufan, kulek, soyuq, yagis,
Ellerimden mohkem yapis
Yari yolda qoyma meni.

Sensiz alar ustumu cen,
Iter ayim, gunum, gecem,
Yolcum ol son menzilecen
Yari yolda qoyma meni...


pallet84
40, Baku, Azerbejdżan

Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.


pallet84
40, Baku, Azerbejdżan

Endi gozumuze hesretin ceni,
Hicran yaman yerde haqladi meni
Bu keder yagisli ayriliq gunu
Elvida demirem,goruseceyik.

Indi aglayiriq biz icin icin
Sonu gelecekmi bu qemli kocun?
Helelik deyirem teselli ucun
Elvida demirem,goruseceyik.

Bu qemin elinde sola bilmerik
Bir basqa sevgide yana bilmerik
Men sensiz sen mensiz qala bilmerik
Elvida demirem,goruseceyik.

Geldi bu ayriliq derd qada kimi
Batdiq qem golunde bir ada kimi
Son negme kimi son seda kimi
Elvida demirem,goruseceyik.

Qalandim mehebbet ocagina men
Ne deyim sevginin bu cagina men?
Bu inadi hesretin acigina men
Elvida demirem,goruseceyik.


pallet84
40, Baku, Azerbejdżan


Məni sevməyəni mən heç sevmərəm,
Yer alt-üst olsa da, göy dağılsa da.

Məni saymayanı mən heç saymaram,
Həyatda bircə mən, bir o qalsa da.

Yarımçıq sevginin nə faydası var?
Biri dərə olar, biri dağ olar.
Yarımçıq sevgidən gözləmərəm bar,
Axırı xəzanlı, qarlı bağ olar.

Məni sevməyəndən könül almaram,
O könül dərdimə dərman olsa da.
Duyğusuz könülü yada salmaram,
Könlüm lap ömürlük tənha qalsa da.

Saxta məhəbbəti mən heç bilərəm,
Saxta bir könülə könül demərəm.
Təmənna quluna dönən könülə
Heç Allah özü də qılmasın kərəm.


Blog
Blogi są aktualizowane co 5 minut