Właściciel bloga: MADMAZEL

MADMAZEL
37, Baku, Azerbejdżan

Aylardan nə idi? dəqiqə əqrəbi və əqrəb neçəni göstərməkdə idi? harada, nə vaxt buraxdım özümü? uzun zaman keçdi. ..çox uzun zaman... ümidlərimi, xəyallarımı, sevinclərimi, təbəssümlərimi, mənliyimi buraxmama səbəb nə idi? halbuki nə qədər xoşbəxtdim mən özümlə. ..oysa nə qədər çox sevərdim mən özümü, səndən əvvəl....

Köhnə halıma dönməyə çalışıram indilərdə...özümlə xoşbəxt olduğum, öz təbəssümlərimdə boğulduğum, özümlə dinclik tapdığım günlərə... o qədər çətin gəlir ki ürəyimə...o qədər çox yer etmisən ki mənliyimdə. ..seni məndən ayırmaq çətin gəlir...

Az çox xatırlayırsanmı məni, xarakterimi? Çətini nə qədər çox sevdiyimi bilərsən deyilmi? Və indi və bu anda, mənə ən çətin gələn şeylərdən birini etməyə çalışıram. Məni…


06.05.2010

BiR sevgi istədim-Tək mənim olsun.BiR mələk istədim-Dərmanim olsun.BiR dərman istədim-Urəyimi sağaltsın.BiR ürək istədim-Yanımda olsun.BiR xəyal istədim-Gərçəyə dönsün.BiR ümid istədim-Arzulara çevrilsin.BiR arzu istədim-Qanadlanib quş olsun.BiR sərçə istədim-Azadlığı öyrətsin.BiR azadıiq istədim-Sonsuzluğa qərq olsun.BiR sonsuzluq istədim-Orada Mən və O olsun.BiR sevinc istədim-Göz yaşı ilə dolsun.BiR kövrəklik istədim-Gülüşlə olsun.BiR sevda istədim-Əbədi olsun.BiR cəza istədim-Ağrısız olsun.BiR ağrı istədim-Sonu sağlamlıq olsun.BiR ocaq istədim-Sönməyən olsun.BiR baxış istədim-Son baxış olsun.BiR göz istədim-Nəzərini üstümdən çəkməsin.BiR Onu istədim-ZüMRüD_GöZLərimi seyr etsin...


Dalğa ilə sahilin sevgisini bilirsənmi?Əvvəlindən baslayıb,sonsuzluğaa gedən dalğa, həmişə sevgiyə qovuşma həsrətiylə atılar sahilə.Dalğa sevən, sahil seviləndir.Toxunar barmaqlarının ucuyla sevdiyinə dalğa və dönər həmişə geriyə, bilər qovuşmayacağını amma həmişə can atar sahilə.Hər bir toxunuşda sevgisinə verər bədənini hesabsızca..Mən də səni belə sevirəm ...Bilirsənmi dağ başında açan uçurum çiçəklərini?Bilirlər görünməyəcəklərini... Sevilməyəcəklərini...Oxşanmayacaqlarını...Amma açarlar inadla,sevgiylə,həsrətlə.Həmişə gözləyərlər gəlməyəcək sevgilinin onu qucaqlamasını.Mən də səni belə gözləyərəm ...İpəkqurdunun sevgisini bilirsənmi?Onun baramasının içində hördüyü o ipə olan sevgisini.Bilir o,hördüyü ipin özünün ölümü olacağını.Amma sevgisinə fəda edir özünü.Qurban verir özünü sevgisinə qorxusuzca.Mən də özümü belə verərəm sənə ...Ağac ilə meyvəsinin sevgisini bilirsənmi?Meyvəsini verməlidir ağac yenidən sevmək üçün.Elə çətindir…


Bəzən oturub düşünürəm ki, görəsən taleyini müəyyənləşdirmək insanın öz əlində olsa, necə olardı?! Yer üzərində yaşayan hər kəs xoşbəxt və bərabərhüquqlu ola bilərdimi?!Ancaq dərin düşüncələrə dalıb, hər şeyi fikirləşib, nəticə çıxardıqda görürəm ki, yenə də yer üzərində yaşayan bütün insanlar xoşbəxt və bərabərhüquqlu olmazdı. Çünki yer üzərində yaşayan insanlar müxtəlif xüsusiyyətlərə, müxtəlif düşüncə tərzlərinə və müxtəlif xarakterlərə malikdirlər. Mənə elə gəlir ki, yer üzərində yaşayan insanları iki qrupa bölmək olar: birinci qrupa xoş niyyətli, ikinci qrupa isə bəd niyyətli insanları daxil edə bilərik. Məncə, birinci qrupa daxil olan insanların sayı getdikcə azalır. Çünki dünya inkişaf etdikcə həyat cılızlaşır. Daha dəqiq…




Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə…


Ümid və Ümidsizlik Ümid, yaşadığımız həyatın kənarından göbəyinə doğru zövq içində getməkdir. Ümidsizlik, yaşadığın həyatın içindən kənara doğru qaçmaqdır.Onun üçün anam oğulum, sevgi və eşqdə əsla ümidsizlik yoxdur. Çünki sevgi ürəyi, ürək könülü, könüldə ağılı bəsləyər. Bəslənən ağıl insana həmişə doğru yolu göstərib xoşbəxtliyə aparar demişdi.Onun üçün ağılı bəslənən insan heç bir zaman ümidsiz olmaz. Mələklər kimi gözəl düşünər. Gözəl yaşar. Yaşayarkən də davamlı eşqinə xidmət edər.Sağlam fikirli bir ağıl sahibi çox yaxşı bilər ki, ümidsizlik şeytan işidir. İnsana pislik etdirər.Bir insanın bunu anlayıb ümid içində doğru bir həyat yaşaya bilməsi üçün heç olmazsa ömründə bir dəfə də olsa, günəşin…


Elm adamlarının etdiyi yeni bir araşdırmanın nəticələrinə görə, mavi gözlü bütün insanların tək, ortaq bir ulu babası var!Elm adamları, mavi gözlü olmağa gətirib çıxaran genetik bir mutasiyanı araşdıraraq, bu genin insanlarda ilk meydana çıxması hadisəsinin günümüzdən 6 min ilə 10 min il qabaq reallaşdığını açıqladı."Mutasiya, saç, bədən və göz rəngimizi təsir edən melanin hüceyrəsinin istehsal edən OCA2 adlı genə təsir edərək, boz rengli gözlü olmağa maneə törətdir ( yəni bu genin təsiri olmasaydı mavi rəngli gözlər yox məhz boz rəngli gözlü insanlar mövcud olacaqdı ) " şəklində danışan Danimarkalı alim Eiberg, qrupuyla bu genin izini axtardı.İordaniya, Danimarka və Türkiyədə etdikləri…


Depressiyanı azaldır.

Klassik musiqi, depressiyanı yüzdə 25 nisbətində azaldarkən, adam, xoşuna gələn hər hansı bir musiqi növünü dinlədiyi zamanlarda da eyni təsiri görür.

Ciyərlərin tutumu artır.

Mahnı oxumaq ciyərlərin tutumunu artırır.

Təzyiqi salar.

Məşq edərkən musiqi dinləmək bədənə daha çox qan vurdurmağına səbəb olur.

Körpələri sakitləşdirər.

Klassik musiqi ana qarınındakı körpənin belə ürək atışlarını nizama salır.

Zehni açır.

Musiqi dinləmək zehni fəaliyyətləri gücləndirir
.


Daha da gözəl görünmək istəyənlərə 25 məsləhət:GÖZ:1.Gözlərinizin yorğunluğunu götürmək üçün göz qapaqlarınıza sürtgəcdən keçirilmiş çiy kartofla maska edin (10-15 dəq.saxlayın).Əlavə olaraq,bu maska qırışları açır,göz ətrafındaki incə dərini təravətləndirir.2.Gözünüzün ətrafını pilinqlə təmizləməyin.Bu, onsuz da nazik olan göz ətrafı dərinizi bir az da nazikləşdirər.3.Qaşınızın tükünü çıxaran zaman ağrı hiss etmımık üçün dərinizə qidalandırıcı krem çəkin.Artığını pambıqla silin ki, pinset sürüşməsin.ÜZ4.Səhərlər üzünüzü bağayarpağının həlimindən hazırlanmış buz parçası ilə silin.Bu, dərini canlandırır və xırda zədələri tez bir zamanda sağaldır.5.Pilinqi yalnız təmiz dəriyə çəkin,lakin toniklə deyil,isti su ilə təm izləyin.6.Yaxşı olar ki, istənilən kremi üzünüzü yuduqdan 15 dəqiqə sonra çəkəsiniz.Çünki krem nəm dəriyə çəkildikdə istilik…


Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu demək olar ki, 4 həftəni özündə birləşdirir. Yəni ilk yanan ocaq çox vaxt yalançı çərşənbə adlanır. Bəzən bu tonqalı heç insanlar qalamır və nəzərə də almırlar. Ancaq bundan sonrakı hər yanacaq tonqal mühüm əhəmiyyət kəsb edir. Hər insanın qapısında, evinin qarşısında, müasir zamanımızda isə binalarının önündə yandırılır. Bu əsrlərdən bəri Azərbaycan mədəniyyətinin ən bölünməz bir hissəsinə çevrilmişdir. Hər yanan ocaq isə özlüyündə bir çərşənbə kimi qeydə alınmışdır. Bu gün mən sizə bu çərşənbələrdən yalnız biri…


Blog
Blogi są aktualizowane co 5 minut