Bu gecə ölmək istəyirəm  (Qənirə  Paşayeva)
39, Baku, Azerbejdżan

Gözlərimi yumub

Her şeyi unutmaq istəyirəm...
Səni unutmayan qəlbimi
Səninlə dəfn etmək istəyirəm.

Məni bir eşqə sındıran
Qürurdan qurtulmaq istəyirəm..
Məni bir zalıma aşiq eyləyən
Bu qəlbi öldümək istəyirəm...

Bu gecə ölmək istəyirəm
Eşqimə ağlayan dəli yağmurla
Son dəfə özümü ağlamaq istəyirəm...
Bu gecə ölmək istəyirəm
Mənə inad uzanan bu gecəylə
Vidalaşmaq istəyirəm...

Sənli yuxularımdan
Əbədi ayrılmaq istəyirəm...
Dilimdən düşməyən adını
Dodaqlarımda dondurmaq istəyirəm...
Sənə toxunsalar yanar canım
Canımdan qurtulmaq istəyirəm...
Səni səndən qaçırıb
Özümlə aparmaq istəyirəm...


Liczba odwiedzin: 3
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut