30.07.2012
AHENGSIZ
32, Baku, Azerbejdżan

Həyat təəccübləndirməyi sevir.. Yaşamağla düzəlmir həyat, yaş artdığca insanın böyümədiyi kimi.. Yaşadıqca əlimdə olanarı itirirəm.. Hərdən "həyat dəyişir", "zaman dəyişir" kimi düşünürəm ama yox.. Bu həyatdan gedən hər dürüstün əvəzində, 1 dürüst doğulur.. Ölən hər oğrunun, kasıbın, müsəlmanın, kafirin əvəzinə yenisi gəlir.. Bütünləşir hər şey.. Ahəng yoxdu həyatımda, hər şey ya ağ olur yada qara.. Dəyərverməz biriyəm, uşaqlıqdan belə.. Mənə alınan oyuncağı ən xırda detalına qədər sökməyi sevən biri idim.. Sonrada bərpa edə bilmiyib, uzun-uzun ağlayacaq qədərdə zəif biri..

Hər an dəyişirəm, geridə qalan "mən"ə güləcək qədər dəyişirəm.. Səbəbsiz bir sıxıntı yoxdu əslində.. Mənim heç səbəbim olmadı.. Deməkki sıxıntımda yoxdu, sıxılmıram.. Əslində daralıram..Bu ölkədən, bu şəhərdən daralıram.. Vətəndaşlığımdan daralıram..
Qiymətbilməz biriyəm.. ama sahili sevirəm.. Səma buludsuz, ləpələr səssiz, ay-da öz yerində olarsa, bu üçlüyü lap çox sevirəm.. Dənizə diqqətlə qulağ asdığımda başım ağrıyır.. Ama səssizləşib bir kənarda oturduğda, bu səssizliyin fərqinə varmadığda, insan düşünə bilir.. Düşünmək istiyib də düşünə bilmədikləri haqda belə, düşünə bilir.. Ürəyində olan sualları boşaldırsan suya və özündə bilmədən elə özün çözürsən onları.. Hər ləpə bir cavab, hər dalğa bir əminlik.. Gözlər qapanır, insan boşalır suallardan.. Üşüdüyünü hiss edib qalxırsan oturduğun yerdən.. Gözlərin açılır və hər şey yenidən başlıyır.. Gördüyün hər varlığdan bir sual daraşır üstüvə.. Manaton həyat..
İçimdəki yollar qarma-qarışıqdı.. neçənci dəfədiki təkrar girirəm bura.. ama hər dəfəsində itirəm, azıram içimdə.. 18 ildiki heç dostu olmayan yalnız biriyəm.. Qurduğum dostluqlarda sabun köpüyü kimi oldu.. Üfürdüm, uçdular..
Bir insanı uzun zaman düşünürəm.. Necə biri olduğuna özlüyümdə qərar verirəm..Müsbət yüklər yaradıram özümdə.. Bağlanıram ona.. Sora içinnən qurd çıxır və 1 hərəkətlə pozuram hər şeyi, yaşamaq üçün.. "ipəkqurdu" kimi.. İpək qurdu öz torbasınnan çıxarkən, alın təriylə uzun zamandır toxuduğu torbanı, 1 anda parçalayıb çıxır.. Buna görədə ipəkçiliklə məşğul olanlar ya ipəyi seçirlər yada ipəkqurdunu.. ikisinidə eyni anda qorumaq olmur.. Mən yaşamağı seçirəm..

Liczba odwiedzin: 11
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut