Əsir Azərbaycan
40, Baku, Azerbejdżan







Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "laylay, balam" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətinlə yanam oy!..


Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, :
Kim demiş ki, düşmüş adın dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!


Almas İldırım

Liczba odwiedzin: 46
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut