Səninlə gedəydik, çıxıb gedəydik,
ikimiz hardasa gözdən itəydik.
Nə sən deyəydin ki, gecdir, get artıq,
nə mən deyəydim ki, dayan azacıq.
Nə səndən “Hardasan?” – soruşaydılar,
nə mənim işimə qarışaydılar.
Yenə danışaydın,
yenə güləydin,
mənim gözlərimdə güzgülənəydin.
Sən dərsdən qalaydın,
mən işdən...
ancaq
dərsdə də, işdə də hamıdan qabaq
sənin qiymətini tez yazaydılar,
mənim maaşımı düz
yazaydılar.
Dünya bir azacıq
nağıllanaydı,
işıqlar yerdə yox, göydə yanaydı.
Biz yerdə itəydik...
ruhu, fikri şən.
Eh, göydən üç alma düşür deyəsən.
Doğrudan nağıldır...
"mənim maaşımı düz yazaydılar.".>Dodi nagilivin en maraqlisi budu ;-)
5+
cox sag ol dost
Nə sən deyəydin ki, gecdir, get artıq,
nə mən deyəydim ki, dayan azacıq.
tewekkur
deymez
Indi gorureme bunu awkim)))eladi hansisa tpoy eleyhine ses verib...
:D
MARAQLI IDI
cox sag olun