Mən artıq sənin deyiləm!
35, Roseau, Dominikana

İndi gedəcəyəm, tək qalacaqsan,
Sıxacaq bu çılpaq divarlar səni.
Özün öz evində mənə qonaqsan,
Bir azdan kədərlər qovarlar səni…
Çağırma!
Özünə qayıdar səsin,
Səsin divarlarda sürüşəcəkdir.
Çırpınıb içində bu daş qəfəsin,
Xəyalən əksimlə görüşəcəkdir.

Güzgü yaddaşımda nə qalacaq ki?!
Xumarlı gözlərmi, pərişan telmi?
Yalandan gözünü yumacaqsan ki,
Yatasan…
Tərslikdən yuxun da gəlmir.
Boş qalan stulda görünər yerim,

Otağın bir həsrət adası olar.
Pillələri döyən ayaq səslərim
Ürək döyüntünün sədası olar.
Sükut qanadını üstünə sərib,
Boşalan ürəyin dolacaq yenə.
Külqabı içində baş-başa verib
Ölü siqaretlər qalacaq sənə…

Elə qəmli baxma!
İzin ver gedim,
Sənin biçin yerin, zəmin deyiləm.
Yalın ayağımla həmdəmin idim,
Geyindim…
Mən artıq sənin deyiləm..!

Liczba odwiedzin: 16
 
Komentarze
Boss 02.04.2012

Samiri yaman kederlendirib şeir ona gore gulur diyesen :D

Ciciqiz-N1 Ciciqiz-N1 02.04.2012

:D

Blog
Blogi są aktualizowane co 5 minut