07.08.2012
Əziz anam...
35, Roseau, Dominikana

Ana,köhnədən mənə bir nağıl izah etmişdine;içində uçan əjdaha vardı,ağızından atəş çıxırdı. Nağılların gerçəkmiş ana. Mən gördüm o əjdahanı.Həm də bir neçə dəfə. Biri bizim evin çox yaxınından keçdi.Qulaqlarımı bağladım,getdi.Getdi amma mən hələ qorxuram ana,çox qorxuram yenə gələrmi deyə.Həm bu səslər nə vaxt bitəcək ana,niyə dayanmadan zəlzələ olur,yer göy əsir? Qorxuram ana,sarıl mənə,sıx sarıl nə olar.Ana çox acdım,çox susadım ana.Bir cavab ver.Bir şey et.Gül ana.Gülümsə nə olar.Bilirsənmi anaMənim küçədə oynadığım yoldaşım vardı,Həsən.O mələk olmuş,əmim söylədi keçən həftə,qısqanarsan deyə sənə söyləməmişdim.Əjdahalar gəlmiş,onu və ailəsini aparmışlar.
Cənnətdələrmiş indi.Əsəbləşmədin deyilmi ana sənə söyləmədim deyə.Küsdünmü məndən.Ana doğru əjdahaları Allahmı göndərir?Yoxsa sənin nağıllarınmı yalan,ana?Qorxuram ana,çox qorxuram.
Bu qaranlıqdan çox qorxuram.Çöldən çox qəribə səslər gəlir bəzənş Görəsən toymu olur,anlamıram.Sən ‘çölə çıxma' dedin deyə çıxa bilmirəm.Amma maraqlanıram.Hər kəs yüksək səslə qışqırır.Hər kəs ‘Allahu Əkbər' deyir.Sonra hər kəs birdən susur.Nə olur ana,izah et mənə,bilmək istəyirəm. Bax mən hər gün bir az daha böyüyürəm. İzah et sən mənə bildiyin hər şeyi.Həm daha da böyüyəcəyəm,oxuyacağam,hək​im olacağam ana.Söz verdim,sənə yalnız səni sevəcəm ana.Yeni paltar da alacam.Gəlinlər kimi gözəl olacaqsan.Cənnətdəki atamla evləndiyin gün çəkilən fotoşəkildəki kimi.Amma ana nə olar danış mənimlə indi. Səsini eşidincə qorxularım azalır.Həm sarıl nə olar.Mənə küsmə,susma.Sarıl yalnız.Öp məni gözlərimdən.Ovuclarımı oxşa, ‘canım' de.Ana danış.Bax ağzından axan qırmızı şeyləri də sildim.Hə ana,danış artıq.Danış artıq nə olar. Ana…

Liczba odwiedzin: 10
 
Komentarze
Cəsur 18.08.2012

((((
Xecalet dediyi kimidir

P.S. Odersoy: Werh yazmaqcun bir az duwunub sonra yazmaq lazimiydi

Boss 07.08.2012

Şerhsiz :-(

Blog
Blogi są aktualizowane co 5 minut