Re: Neriman Hesenzade seirleri
37, Əzizbəyov, Azerbejdżan

Sizin qızınızla görüşürük biz Gedirik gah yolla,gah kənar izle Bunu mən bilirəm, siz bilmirsiniz O gəlir sizin öz icazənizlə Tələbə yoldaşı,rəfiqəsi var İşi də çox olur,bəzən dərsi də Mənəm qızınızın,necə deyərlər "Tələbə yoldaşı", "rəfiqəsi" də Mən başa düşürəm siz anasınız ürəyə sığılmış adi həyəcan O evə dönüncə nigaransınız Evdə olanda da mən nigaranam Bir ömrün mənzili uzaq, ya qısa Məhəbbət, doğmalıq, hansı qədimdir? O sizin incə bir qızınızdısa O mənin yeganə səadətimdir Siz də heyransınız, mən də bu qıza Kimin qapısından o keçməlidir Dünya elədir ki, biri tapırsa Biri, təbiidir... itirməlidir Duruluq rəmzidir sizin qızınız Gözündən oxunur qəlbi, isməti Sizin bu sevdada uduzmağınız Sizin borcunuzdur, mənim qismətim Gərək daralmasın bu eşqə həyat Deməyin biz kimik,nəçiyik,nəyik Yad ikən doğmayıq, doğma ikən yad Dünya qəribədir, biz qəribəyik Sizin adınıza hörmət,ehtiram Qadın qarşısında əyilib aləm Mən də baş əyirəm, vidalaşıram Qızınız gələcək mən getməliyəm...

Liczba odwiedzin: 17
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut