07.07.2014
............
37, Əzizbəyov, Azerbejdżan

Yağan yağışdı göz yaşım,
Küləklər ahımdı mənim.
Mən indi sənsizəmsə tək,
Bu öz günahımdı mənim.

Sən aldığım nəfəsdəsən,
Sən ötən hər anımdasan.
Nə mən sənin yanındayam,
Nə sən mənim yanımdasan.

Görüşünəmi getsəm görəsən,
Naməmi yazsam nə edim?
Hansı ümidlərlə yazım?
Mənim ki yoxdur ümidim.

Barı sən yuxularıma gəl,
Röyalarda görüm səni.
Doyunca gözlərinə baxım,
Doyunca oxşayım səni.

Yadındamı o son görüş?
Bu gün hər şey bitdi dedin.
Mən buna bir səhvdi dedim
Sənsə xəyanətdi dedin.

Dedinki indi get götür
Rəsmimizi bağrına bas
O biz birgə seçdiyimiz
Mahnımıza tək qulaq as

Bir sən idin bir mən idim
Birdə qaranlıq küçələr
İndi o yerlərdə mənəm
Birdə ki zülmət gecələr
Artıq o yerlərdə sənin
Gəlir xəyalın görüşə
Mən ölsəm belə qoymaram
O yerə başqa bir iz düşə

Liczba odwiedzin: 20
 
Komentarze
kisi-olun 30.08.2015

Dil casar duzun diyer balaca)) ele axtarirsan ki umudu n ag uzunqulaga qalib))))

Blog
Blogi są aktualizowane co 5 minut