bunlari bilmek maraglidi
37, Əzizbəyov, Azerbejdżan

Islandiyada ofisiantlara çay pulu vermək təhqir hesab olunur.


Tokioda velosiped maşınlardan çox satılır.

İlk skripka 70 ağac qırıqlarından hazırlanmışdır.

Dünyada istehsal olunan qəzetlərin 50%-i ABŞ-da 30%-i isə Kanadada istehsal olunur.

Bir kağız parçasının 7 dəfədən artıq qatlamaq mümükün deyil.

İlk ştrix kod qeyd olunmuş məhsul- Wrigley`s saqqızı olmuşdur.

Günəş yer kürəsindən 330 330 dəfə böyükdür.

Dəyirmanlar hər zaman saat istiqaməti əksinə fırlanırlar. Dünyada yeganə İrlandiyadır ki, orada dəyirmanlar saat əqrəbi istiqamətində fırlanır.

Qeydə alınmış ən uzunmüddətli toyuq uçuşu 13 saniyə olmuşdur.

Dünyada mövcud olan bütün termitlərin (yanarkən çox şiddətli hərarət verən toz şəklində yanar maddə) çəkisi dünyada yaşayan bütün insanların çəkisindən 10 dəfə ağırdır.

Şimpanze ilə İnsan qanını bir-birindən seçmək olmur.

Barbi gəlinciklərinin əslində adı Barbara Millicenta Roberta-dır.

Golf oyununu ilk dəfə Şotlandiyada meydana çıxarmışdılar. Adı «Gentlemen Only Ladies Forbidden» sözlərinin baş hərflərindən ibarətdir.

Yarasalar yuvadan çıxarkən hərzaman sol tərəf istiqamətində uçurlar.

Orta qallaktikada 100 milyard ulduz var. Onları saymaq üçün 1000 il kifayət etməz.

Ən uzunmüddətli zəlzələ 1964-cü il 27 mart Alyaskada baş vermişdir. Zəlzələnin müddəti 4 dəqiqə çəkmişdir.

Ərincək (meymunun bir növü) dünyanın ən astagəl heyvanıdır. 1 km yolu qət etmək üçün ona 4 saat vaxt lazımdır. Ərincək sutkada 15-18 saat yatır.

Baobab dünyanın ən quraqlığa davamlı bitkisidir. Onun gövdəsində 136 000 litr su olur.

Gigant Bambuk gün ərzində 90 sm böyüyür.

Pişiklərin hər qulağında ayrı ayrılıqda 32 əzələ olur.

Yumarist Donald Dak alt paltarı geyinmədiyi üçün Finlandiyada onun çıxışları qadağan edilmişdir.

Bethoven hər dəfə musiqi bəstələməyə başlayanda başına bir vedrə buzlu su tökürmüş.

Tokioda itlər üçün pariklər satılır.

Pulları kağızdan istehsal etmirlər, onu pambıqdan düzəldirlər.

Şimalda yaşayan marallar banan yeyirlər.

Ruhlan heçbir zaman pislik etmirlər onlar sadəcə nəzərə çarpılmaq istəyirlər.

İnsan mədəsiz yaşaya bilər.




[center]Ilk öpüş səhnəsi 1886 – cı ildə filmə çəkilmişdir. 30 saniyəlik səhnə Tomas Edisonun filmində olmuşdur və kino özü də “Öpüş” adlandırılmışdır.

Hər il Tokio zooparkları 2 ay bağlı elan edilir, çünki heyvanların gələn ziyarətçilərdən istirahət etməsi lazım görülür.

Yay olimpiya oyunlarında qadınlar üçün iştirak etmənin orta yaş həddi 20 yaş hesab olunur.

Pişiklərin hər birinin burunu bir – birindən tamamilə fərqlənir.

Orta vəziyyətdə olan şəxsin başında olan saçların uzanması bütün həyatı boyu 725 km hesablanmışdır.

İnsanın beynində bir saniyədə 100 000 kimyəvi reaksiyanın getdiyi məlumdur.

Yahoo – adlı sözü Conatan Svift (Jonathan Swift) kəşf etmişdir. O, “Quliverin səyahəti” kitabını oxuyarkən bu sözü düşünmüşdür. Bu adla murdarları adlandırırdılar. Yahoo! – nun yaradıcıları olan Ceri Yanq (Jerry Yang) və Devid Filo (David Filo) bu adı seçdilər, çünki özlərini yahoo adlandırırdılar. Lakin indi bu ad Yet Another Hierarchical Officious Oracle bu cür mənalandırılır.
Amerikan Minneston sakini A. E. Volfram dünyada eyni zamanda müxtəlif insanlarla öpüşərək rekorda imza atdı. Festival zamanı onun ştatında bu şəxs 8 saat ərzində 8001 şəxslə öpüşmüşdür.

Kofe beynəlxalq ölkələrin iqtisadi ticarət əlaqələrində mühüm yer tutan ikinci maldır. Birinci yeri benzin tutur.

İnsan orqanizmində leykositlər 2 – 4 gün yaşayır, eritrositlər isə 3 – 4 ay.

4000 il ərzində heç bir heyvan insan tərəfindən əhəlləşdirilməmişdir.

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq – dır.

1966 – cı ildə siqaret qutularının üzərində səhiyyə nazirliyinin siqaret əlehinə olan sözləri yer almışdır.

İnsan yarandığı gündən onun beynində 14 milyard hüceyrə olur və onlar ölənə qədər genişlənmir. Lakin 25 yaşından sonra onlar azalmağa başlayır və gün ərzində 100 000 ölür. Sizin bir səhifə yazını oxumaq üçün ayırdığınız vaxt ərzində 70 hüceyrənin ölümü baş verir. 40 il sonra beyindəki deqradasiya prosesi qəflətən güclənir, 50 yaşdan sonra isə neyronlar yəni əsəb hüceyrələri quruyub kiçilir və beynin ölçüsü azalır.

  

Son 100 ildə dəniz səviyyəsi bütün dünyada il ərzində 1mm qalxmağa başlamışdır.

Kişilər 130, qadınlar isə 120 sm – dən kiçik olarasa cırtdan sayılır.

İnsan qanının tərkibində 80 000 gen var.

AİDS - ə qarşı mübarizə beynəlxalq səviyyədə hər il 1 dekabr qeyd olunur.

“Coca Cola” kompaniyasının binası Amerikanın Atlanta şəhərində yerləşir

İnsanın hər barmağı həyatı boyunca təxminən 25 milyon dəfə hərəkət edir.

Diş fırçası ilk dəfə 1938 – ci ildə meydana gəlmişdir. Lakin bizim dövrümüzdə istifadə olunan formaya düşməsi üçün uzun illər vaxt sərf olunmuşdur. Çünki Çində ilk bu formada olan fırçalar 1498 – ci ildə yaranmışdır.

Başın divara vurulması nəticəsində saatda 150 kalori itkisi baş verir.

Hər bir insana 1/20 saniyə vaxt lazımdır ki, o gördüyü hər hansı predmeti tezliklə ayırd edə bilsin.

Sarışınların saqqalları qarayanız insanlara nisbətən tez uzanır.

Nəticələr göstərir ki, hər gün evdən çıxıb işə gedərkən öz həyat yoldaşlarını öpən kişilərin işləri, öpməyənlərə nisbətən çox zəif inkişaf edir.

Güclü işıq düşməsindən insanlar görmə qabiliyyətini itirir və buna da “qar korluğu” deyilir.

Barmaqlarda olan dırnaqlar ayaqlardakına nisbətən 4 dəfə sürətlə böyüyür.

İnsanın həyatı boyu onun bədənindəki dərisi 1000 dəfə dəyişikliyə uğrayır.

İnsanın gülməsi nəticəsində 17 əzələsi işləyir.

İnsan beyni gün ərzində işıq impulslarından çox rəqs edir, bu da bütün dünya telefonlarının birlikdə etdiyi hərəkətdən çoxdur.

Mavi gözlərə sahib olan şəxslər ağrını digərlərinə nisbətən daha tez hiss edirlər.

İlk dəfə olaraq reklam 1477 – ci ildə İngiltərədə çap edilmişdir.

Bir damla neft 25 litr suyu yararsız vəziyyətə sala bilir.

İnsan gözü 10 000 000 rəngi seçmək qabiliyyətinə malikdir.

Nil iki dəfə - IX və XI əsrlərdə donmuşdur.

Açıq gözlərlə asqırmaq mümkün deyil.

Napalyon 2000 sözü bir dəqiqəyə oxuya bilirdi, bu da təxminən 12 000 hərfi özündə birləşdirir. Balzak isə 200 səhifədən ibarət olan romanı yarım saata bitirə bilirdi.

Qadınlar kişilərlə müqayisədə 2 dəfə artıq gözlərini qırpırlar.

Yaşa dolmuş şəxsin bədənində 75 km sinir vardır.

İnsanın ağzında 40 000 artıq bakteriya vardır.

Böyük Britaniya adalarında əvvəllər insanların toy mərasiminə diş protezləri hədiyyə olunurdu. Hətta gənc yaşlarından insanlar dişlərini çıxardaraq onlardan istifadə etməyə üstünlük verirdilər.

Dejavu nədir?

Bəzən bizdə rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.

Prezervativ alarkən göstərilən bəhanələr

Bir çox ölkələrdə normal qəbul olunan prezervativlər bəzi müsəlman ölkələrində hələ də tam qəbul edilməmiş qalır, əsasən də müsəlman ölkələrində aptekdən prezervativ almaq olduqca çətin bir iş sayılır hələ bir də satıcı xanım alıcı isə kişi olsa bu iş olduqca çətinləşir. ABŞ-da fəaliyyət göstərən preservative.com saytı əsasən prezervativ alarkən ən çox istifadə olunan bəhanə və yalanları araşdırmışdır.
Satıcıya bir dostuma alıram demək
Prezervativ aldığı bəlli olmasın deyə onunla bərabər başqa lazımsız şeylər də almaq
Alarkən prezervativ sözünü başqa sözlə əvəz etmək bu zaman satıcı sizi başa düşməsə daha gülünc vəziyyətə düşərsiniz.
Ən çox istifadə edilən üsul isə kişi satıcısı və kənar bir yerdə olan aptek axtarmaqdır.

İnsanlar niyə psixopat olurlar?

Londondakı Kinqz Kollecin Psixiatriya İnstitutunun alimləri bəzi insanların niyə psixopat olmalarının mexanizmini öyrəndiklərini bəyan ediblər. Ruhi xəstələr üçün təcridxanalarda aparılmış araşdırmaya əsasən, bunda günahkar beynin iki yarımkürəsi arasında qeyri-sabit ünsiyyətdir.
Bunun nəticəsində, qorxu, emosiya və aqressivlik kimi hisslər barədə informasiyanın ötürülməsində nöqsanlar baş verir və nəticədə, insanda psixopatik davranış ortaya çıxır.
İnstitutun mütəxəssisi doktor Maykl Kreyq beynin hissələri arasında mesajlaşmanın belə tərzini, kələ-kötür yolla maşın sürməyə bənzədir:
"Psixopatların beyin yarımkürələri arasındakı ünsiyyət magistralında sanki böyük sayda çala-çuxur var. Bu magistralın qayğısına heç kim qalmır və onunla hərəkət edən informasiya axını çalalarda itib-batır."
Doktor Kreyq deyir ki, öz-özlüyündə belə bir hal psixopatiya diaqnozunun qoyulması üçün kifayət deyil. Beləki, o başqa psixatrik pozuntularda da baş verir. Lakin bu psixopatiya üçün vacib faktorlardan biridir.
Digər sözlə, bu yalnız psixopatiya üçün spesifik bir göstərici deyil, lakin, psixopatlarda daima müşahidə olunan bir haldır.
Alimlər 9 psixiatrik xəstəni müayinə ediblər. Onlar çoxsaylı zorlama və adam öldürmədə məhkum olunan şəxslər olublar. Bu kiçik bir araşdırma olsa da, bunun ədliyyə sistemində cinayətlərə dair qərarların qəbul edilməsinə təsiri ola bilər. Ələxüsus, zorakı canilərin yenidən cinayət törətməsi nəzərə alınan hallarda.

Arzularınızı sağ qulağa pıçıldayın

İtaliya tədqiqatçıları hər hansı bir istək və ya xahiş edərkən arzunu sağ qulağa söyləməklə onu reallaşdırma şansının daha yüksək olduğunu bildirirlər. 3 il ərzində 286 insan üzərində aparılan tədqiqatlarda yüksək musiqi və səs-küylü bir mühütdə insanların qulağına hər hansı bir istək pıçıldamış və nəticədə informasiyanı sağ qulağı ilə qəbul edənlərin istəkləri reallaşdırdıqları ortaya çıxmışdır.
Tədqiqatçılar sağ qulaqla alınan informasiyanın beynin sol yarımkürəsində təhlil olunduğundan nəticənin effektli olduğunu müəyyən etmişlər. Başqa sözlə desək sağ qulaqdan alınan informasiya sola nisbətən daha effektli nəticəyə malikdir.
Həmçinin tədqiqatçılar insanların telefonla danışdıqları zaman əksər hallarda dəstəyi sağ qulağa tutduqlarını da diqqətə çatdırmışdır.

Mobil telefonları arxa cibinizdə gəzdirin!
Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərmişdir ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.
Belə ki, əsasən kişilər mobil telefonlarını cinsiyyət orqanına yaxın bir bölgədə şalvarın ön cibində gəzdirməkləri kişilərdə spermanın azalması kimi bir problemə gətirib çıxarır. Araşdırmalar göstərmişdir ki, mobil telefonun yaydığı elektromaqnit dalğalar kişi cinsiyyət orqanında bəzi hüceyrə pozğunluqlarına səbəb olur. Bununla yanaşı telefonun ürək və beyin bölgələrinə yaxın olduğu zaman həmin nahiyələrə də asanlıqla ziyan verdiyi müəyyən olunmuşdur.
Mütəxəssislər mobil telefonları şalvarın arxa cibində gəzdirməyi və sperma miqdarının azalmasının qarşısını almaq üçün E vitamini qəbul etməyi və ya tərkibində E vitamini olan qoz, fındıq və zeytun kimi qida maddələri istehlak etməyin vacib olduğunu vurğulayırlar.

Heroini ürəyi müalicə etmək üçün yaratmışdılar

Bu gün dünyada ağ ölüm olaraq qəbul edilən heroin sən demə xərçəngə qarşı bir dərman vasitəsi niyyəti ilə istehsal olunduğunu bilirdinizmi?
1987-ci ildə Almaniyadakı Bayer laboratoriyasında xərçəng xəstəliyi ağrılarına qarşı ağrıkəsici kimi istehsal olunan heroin hidroxlorun istifadə edənlərin sonradan dəli kimi apteklərə xəstəxanalara hücüm edərək yenə heroin istəmələri nəticəsində dəhşətli əlavə təsirləri ortaya çıxmağa başladı. Bunu görən həkimlər heroinin reseptini yazmağı dərhal dayandırdılar. Lakin artıq gec idi. Heroinin ilk adını alması da maraqlıdır. Heroinin ilk yaradıcılarından biri bu dərmanın keyfiyyətini öz üzərində yoxlayan zaman onun dediyi (I feel like a hero) Özümü qəhrəman kimi hiss edirəm kəlməsindəki hero-qəhrəman sözü Heroinin adı üçün zəmin yaradıb. Nəticədə o vaxtdan günümüzə qədər bir müddətdə heroin din, dil, irq fərqi qoymadan öz qəhrəmanlarını yaratmağa davam edir
Heroinin ixtiraçısı Dr.Felix Hoffman həm də Aspirinin ixtiraçısı sayılır.
Heroini axırıncı dəfə I dünya müharibəsi zamanı qanunu olaraq yaralı əsgərlərin ağrılarını kəsmək üçün istifadə etmiş ondan sonrada tibb dünyasından bir dərman kimi çıxartmışlar.

Insan beyini 30 yaşdan sonra zəifləməyə başlayır

ABŞ-ın Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18-60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur.
Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxari insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Aletsheymer xəstəliyinin olmasıdır.

Heç düşünmüsünüzmü insan niyə yatır?

İnsan həyatının üçdə biri yuxuda keçir. Bu sual əsrlər boyu alimləri düşündürmüş lakin dəqiq bir cavab tapılmamışdır.
İnsan yatmaqla gün ərzində itirdiyi enerjini bərpa etməklə yanaşı, beynin dincəlməsinəstimul verir.
Əgər biz yatmasaq nə baş verər ümumiyyətlə yuxsuz yaşamaq mümkündürmü?
Yuxusuzluq insan beyninə öz funksiyasını yerinə yetirməkdə güclü təsir edir. İnsan bir gün yuxusuz qalan zaman əsəbi gərginlik, yaddaş zəifliyi, diqqətin dağılması və yorğunluqla rastlaşır.
İnsan gün ərzində nə qədər yatmalıdır? Tədqiqatlar göstərir ki,normal bir insan gün ərzində norma 7,5 saat olmaqla minimum 5 maksimum 11 saat yata bilər.

Bəs niyə əsnəyirik?

İnsanın beynini tədqiq edən Nyu York_dakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib ki, insan beyninin hərarəti yüksəldiyinə görə əsnəyir. Bu haqda xəbər verən beynin fəaliyyətini kompyuterin hard diskinə bənzədir və yazır ki,gərginlik keçirən insan beyninin hərarəti qalxır.Onu sərinləşdirmək üçün insan başlayır əsnəməyə - sərin havanı kəllə qutusunun ənginliyinə sovurmağa.
Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur.Alimlər həmçinin belə bir qənatə gəliblər ki, əsnəmək əslində yuxunun qarşısını alır. Əsnəmək qan dövranını təmin edir ki, bu da beynin iş qabiliyyətini həm də orqanizmi gücləndirir, - deyə tədqiqatçı alim bildirib.

Maraqlıydımı?

- Bir ilan 3 il yata bilər.

- Bal pozulmayan tək qidadır.

- Ördəyin səsi əks-səda etməz.

- Üzüm mikrodalga sobada partlayar.

- İnsan ildə ən az min 460 yuxu görər.

- İçdiyimiz sular 3 milyard yaşındadır.

- Qarışqa iki həftə sualtında yaşaya bilər.

- İnsan ürəyi dəqiqədə 60-80 dəfə vurar.

- "Pi" sayının bir milyardıncı rəqəmi 9dur.

- Dünyada insanlardan daha çox toyuq var.

- İnsanın omba sümüyü betondan daha möhkəmdir.

- Türkiyədə Məmməd adında 1 milyon 229 adam var.

- Səhərlər alma qəhvədən daha çox yuxunuzu açar.

- Yerçekimsiz mühitdə şam alovu kürə şəklində olar.

- Avtomobil sayı insan sayından 3 qat daha sürətli artır.

- Ad gününüzü ən az 9 milyon adamla paylaşırsınız.

- Bir stəkan isti su, soyuducunda soyuq sudan daha tez donar.

- Dünyada bir ildə gerçək puldan daha çox Monopol pulu basılır.

- Mənfi 90 dərəcədə nəfəsimiz, havanın ortasında donar və düşər.

- Bədənimizdəki bütün damarları uc uca əlavə etsəniz 19 min 200 kilometr edər.

- Çində İngiliscə danışan adam sayı Amerikadan daha çoxdur.

- Alma, soğan və kartofun dadı eynidir. Fərq yalnız tamamilə qoxularından qaynaqlanar. Əslində hamısı şirindir.

"ABŞda BİR ÇOX OTELDƏ 13. MƏRTƏBƏDƏ OTAQ TAPILMAZ"

- 13 rəqəminin uğursuz olaraq bilinməsi səbəbiylə ABŞda bir çox oteldə 13. mərtəbədə otaq tapılmaz.

- Ən uzun boylu insan 1940-cı ildə ölən 2.72 metr boyunda ABŞlı R. P. Wadlow olmuşdur.

- Kibrit qutusu böyüklüyündəki qızıl külçəsi kövrək kimi açılaraq bir tennis meydançası böyüklüyünə qədər cırılmadan uzadıla bilər.

- İnsan daha çox oksigen ala bilmək və bədənindəki karbon qazını boşaltmaq üçün əsnəyər.

- İnsan bir gündə 28-33 min litr hava, 500-700 litr oksigen, 2 kiloqram yemək istehlak edər.

- Dünyanın ən sürətli quşu boğazlı qaranquşdur. 3 saniyə müddətlə saatda 128 km. sürətə çatmışdır.

- Məşhur basketbolçu Michael Jordan bir ildə Nikedən Nikenin Malaziya fabriki personalının hamısından çox pul qazanır.

- ABŞ, Ohioda lisans olmadan siçan yaxalamaq qadağandır.

- Əgər eyni zamanda asqırar, hıçqırar və qaz çıxarsanız, partlayarsınız.

- Aşiq olduğumuzda beynimiz "phenylethylamine" çıxarar. Bu ürək atışınızı sürətləndirər və sizi xoşbəxt edər. Bu kimyəvi maddə şokoladda da vardır.

- Kosmosda cazibə olmadığı üçün avtronavtlar ağlaya bilməz. Çünki gözyaşı aşağı düşməz.

- Birinci Dünya Döyüşündə Fransa ölkədəki bütün taksiləri götürdü və əsgərlər cəphəyə bu taksilərlə daşındı.

- 1994 Dünya Kubokunda, Bolqarıstan futbol komandasının 11 oyunçusunun hamısının adının sonu "OV" ilə bitirdi.

- Ağcaqanad qovucu spreylər ağcaqanadları qovmaz, sizi gizləyər. Ağcaqanadın alıcılarını bloka edərək sizin orada olduğunuzu anlamalarını mane olar.

- Qəhvə sərxoş bir insanın ayılmasına köməkçi olmaz. Hətta çox vaxt spirtin təsirinin artmasına gətirib çıxarar.

- Kərəviz yerkən xərclənən kalori, kərəvizin içindəki kaloridən daha çoxdur.

- Bir birə, öz böyüklüyünün 150 qat yüksəkliyinə tullana bilər. Bu nisbəti tutdurmaq üçün insanın təxminən 30 metr tullanması lazımlıdır.

- Klinika ölüm sonrası insan 5 dəqiqə içində həyata geri gətirilə bilər. 5 dəqiqə sonra beyin hüceyrələri ölməyə başlar, amma yenə də bu müddəti 5 dəqiqə daha uzatmaq mümkündür.

- İnsan uzun müddət bir böyrək və bir ağciyərlə, mədəsiz, dalaksız yaşaya bilər, amma qaraciyərsiz bir dəqiqə belə yaşaya bilməz.

- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər vardır




      tesekkurler.

Liczba odwiedzin: 8
 
Komentarze
jale--85 07.06.2011

sona qeder oxudum.cox maraqli faktlar var.

kisi-olun kisi-olun 07.06.2011

sagolun eziyet olub.

Blog
Blogi są aktualizowane co 5 minut