ALOV VE SUYUN SEVGISI (SEVIMLIM CUNASKADAN)
39, Baku, Azerbejdżan

Alov bir gün suyu görmüş uca dağların ardında sevdalanmış onun dəli dalğalarına…
Tündxasiyyət-tündxasiyyət qayalara vuruşuna, ürəyindəki duruluğa demiş ki suya:
Gəl sevdalım ol,
Həyatıma məna verən möcüzəm ol…
Su dözə bilməmiş alovun gözlərindəki istiliyə...Al demiş ürəyim sənə hədiyyə…Qucaqlaşmış odla su bir-birlərinə möhkəmcə...
Ayrilmamaq niyyəti ilə
Zamanla su buxar olmağa,alov kül olmağa başlamış

Ya özü yox olacaqmış, ya eşqi… Su başdan alınlarına yazılmış olan taleyi də ürəyindəki kədəri də alıb getmiş uzaq diyarlara .Atəş əsəbləşmiş, yandırmış meşələri…
Axtarmış suyu diyarlar boyu, günlər boyu, gecələr boyu.Bir gün gəlmiş, suya çatmış yolu.Baxmış o duru gözlərinə suyun, bir az incik, bir az tündxasiyyət…
Və o an anlamış;sevginin bəzən getmək olduğunu. Amma getmənin itirmək olmadığını…Alov dayanmış, susmuş, sönmüş eşqiylə.
Bax o zamandan bəridir ki:Alov sudan,su alovdan qaçar olmuş.. Alovun ürəyini yalnız su,suyun ürəyini yalnız alov söndürərmiş…

Bəzən çox sevsəndə arxana baxmadan çəkib gedərsən, içində qırıntılar qalsa da görməməzlikdən gələrsən, bu qırıntılarla yaşamaqdansa ac qalarsan, sevgisiz qalarsan amma əsla dönə bilməzsən.

Liczba odwiedzin: 4
 
Komentarze
jale--85 22.03.2011

cox sag olun her ikiniz.

STS STS 23.03.2011

deymez

Blog
Blogi są aktualizowane co 5 minut