26.05.2011
Elvida...!
32, Sumgayit, Azerbejdżan

Bu gün son görüşdür, mən də bilirəm,
Əlini ovcumda sıxıb gedirəm.
Getmək istəmirsən sən də,bilirəm,
Son dəfə üzünə baxıb gedirəm

***
Çətindir, döyünsün ürək sevənsiz,
Demə,yaşamarsan bir an da mənsiz,
Xoşbəxt olmayacam,bilirəm,sənsiz,
Bu könül evimi yıxıb gedirəm

***
Bu eşqin kitabın biz bağlayarkən,
Mən səni son dəfə qucaqlayarkən,
Arxamca baxaraq sən ağlayarkən,
Gözündən yaş kimi axıb gedirəm

***
Bir də görməyəcəm mən bu gözleri,
Qalsa da,ömrümdə dərin izleri,
Sessiz,baxışların deyən sözleri,
Qəlbimə ox kimi taxıb gedirəm

***
xeyalın fikrimi dolandıracaq,
Gozlərim önündə hər an duracaq,
Meni bu həsrətin çox yandıracaq,
Ozümü bu oda yaxıb gedirəm

***
olümdən betərdir seni itirmək,
agir zülmdür bu yükü götürmək,
Cetindir bu sözü dilə gətirmək,
Elvida sevgilim,çıxıb gedirəm!!!

Liczba odwiedzin: 2
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut