Bəzi NİYƏ adlı sualların cavabı
32, Sumgayit, Azerbejdżan

Nəzər muncuğu niyə mavidir?
Ərəblər, mavi daşların qan axışını yavaşlatdığına inanırlar. Nəzər muncuğu, ona görə mavi daşlıdır.Mavi, eyni zamanda sakitləşdirici bir rəngdir. Mavi rəngin onurğa sümüyünün əyri olmasında və gözün daha gec ayırd etməsin də təsirini artırır.


Bənövşəyi rəng niyə ziyalılığın rəngidir?
Çəhrayı, rəngdən başqa tapşırıq və dəyər (prestij) mənalarını qazanmışdır. Bunun kökü, mitolojik dövrünə qədər uzanır.


Ferrari niyə qırmızıdır?
Qırmızının zehində daha tez yer etməsi, gözəl idman üslublu avtomobillərdə işlədilməsinin əsas səbəbidir. Münasibətdə olduğu enerji, təhlükə, güç və qərarlılıq bu rəngi bir sözlə izah etmiş olur.


Taksilər niyə sarıdır?
Sarı, keçiciliyin və diqqət çəkiciliyin simvoludur. Buna görə taksillər keçiciliyi bilinsin və diqqət çəkici olsun deyə sarıdır. Avtomobil kiralayan şirkətlərdə də sarı rəngdən istifadə edirlər.Beləliklə müştərilərinə, 'Aldığınız şey keçicidir. Kiraladığınız avtomobili xahiş edirik geri gətirin.' mesajı verilmiş olur.


Yuxudaykən beynimizdə nə baş verir?
Oyaq və hərəkətsiz vəziyyətdə bir insan beyni, saniyədə 10 dəfə 'alfa' dalğaları yayır. Hərəkətli bir insanın beyni isə, iki qat çox 'beta' dalğaları yayır. Yuxuda olan zaman isə beyin, çox daha az olan 2 cür dalğanı 'teta' və 'delta' dalğalarını yayır. İnsanın yuxusu dərinləşdikcə beyin dalğaları da yavaşlayır. İnsanın ən dərin və oyandırmağın çətin olduğu yuxu vaxtında beyin artiq 'delta' dalğaları yaymağa başlayır.


Nə üçün əsnəyirik?
Əslində əsnəmənin fiziolojik səbəbi hələ də bilinmir. Əvvəllər insanın yorğun olduğu zamanlarda qandakı oksigen miqdarını artırmaq üçün bədənin aldığı nəfəs sistemi olaraq fikirləşilən əsnəmək, sonradan nəfəs almağın əsnəməyə elə də güclü təsiri olmadığı ortaya çıxıb.
Sadəcə insanlar deyil, bir çox heyvanlar da əsnəyirlər. Ancaq aparılan araşdırmalarda daha çox diqqət çəkən bir hadisədə əsnədikləri halda, insanların isə diqqət yayındıqda və ətrafdakı reaksiyalara cavab verməyəndə əsnədikləri bəlli olub.
Əsnəmək də gülmək kimi bulaşıcıdır. Qarşındakı insan əsnəyəndə o biri insan da bundan təsirlənməyə başlayır. Yemək yeyən insanı görəndə acmaq kimi birşeydir. Qədimdə insanlar odun ətrafında yığışaraq kollektiv şəkildə oturaraq, əsnəyərək bütün dişlərini göstərirdilər. Bu artıq gecənin başladığını və səhərə kimi tərpənməmək lazım olduğu demək idi. Qrupun digər adamları isə bunu təkrarlayaraq qəbul etdikləri cavabını verirdilər.


Saçlarımız nə üçün uzanır?
Bədənimizdəki tüklərin hər biri ot kimidir. Dərimiz altında öz torbasında yetişir və böyüyür. Yəni, hüceyrələr əmələ gəldikcə digərlərini bayıra itələyir. Bu hüceyrələr çölə itələndikdə canlı olmaq xüsusiyyətlərini itirərək ölürlər, tüklərin və saçların gördüyümüz görünüçünü əmələ gətirirlər.
Bədəninizin hansı hissəsindən olmağına bağlı olaraq, qıl torbasından müəyyən bir vaxtlıq yeni hüceyrələr əmələ gəlir. Sonra böyümək mərhələsi bir müddət dayanır. Sonra yenə böyümə müddəti gəlir. Durmaq vaxtı gələndə tük qopur, altdan gələn təzəsi yerini alır. Yəni, 1 tükün və saç telinin uzunluğunu o böyümə müddəti təyin edir.


Eyni ana və atanın uşaqları nə üçün fərqli olurlar?
Bir insanın xromosomları 2 hissədən ibarətdir. Bunlardan biri anadan, biri də atadan gəlir. Orada «X» şəklində bağlı bir yeni xromosomun hər iki yarısı bir bütöv gen dəstini daşıyır. Sperma uşağın xromosomunun bir yarısını daşıyır. Xromosomun digər yarısını isə yumurta daşıyır. Əsas sual budur: Sperma və yumurtadakı DN haradan gelir?
Atada sperma hüceyrələri əmələ gələrkən, öz ana və atasının xromosomlarının bir yarısını necə gəldi götürür, yeni bir qaydayla yox. Ananın yumurtalarında da eyni şey olanda, dünyaya gələn hər uşaq 4 nəfərin, yəni nənələrin və hər iki babanın (deməli, onların da valideynlərinin) genlərinin necə gəldi qarışmış şəklindən əmələ gəlir və hər uşaq ayrı fiziki və psixolojik xüsusiyyətlər göstərir.


Saçlarımız nə üçün ağarır?
Əslində, saç tükü, orası boş olan və içində melanin deyilən boya piqmentləri yerləşən bir brudan başqa bir şey deyil. Cavan yaşlarda bu boşluqda saça rəng verən melanini bir yerdə saxlayan bir maye vardır. Yaşadıqca, dərimizi saçlarımızdakı tüklər əvvəlki kimi sağlam inkişaf etmirlər. Tüklərin ortasındakı maye yox olur. Boya hüceyrələri də dayana bilmədiyi üçün sadəcə hava qalır. Saçlar boyasız hala gəlir. Ag rəngə, yeni əsl rənginə qayıdır.


Kişi ilə qadının əl yazıları fərqlidir?
Əl yazısına baxaraq qadın və ya kişiyə aid olduğunu bilmək olmaz. Bir ekspert nəticəsində yazını yazan adamın, zehni, hiss vəziyyəti, xəyal gücü, əhval-ruhiyəsi və s. bilmək olar, ancaq cinsiyyətini yox. Düzdü, xarakterleri fərqli olur kişilərin, ancaq yenə də bu analizdə qərar verilə bilinmir.


Nə üçün hər insanın səsi fərqlidir?
Səs əmələ gəlməyinin səbəbi şübhəsiz səs tellərimizdir. Səs tellərinin boyu onun qalınlığını təyin edir. Nə qədər uzun olsalar səs o qədər incə çıxır. Qadınların üstünlüyü səs tellərinin daha uzun olmağındadır. Əlbəttə ki, səs tellərimizdən tək asılı deyil. Dodaqlarımız, dişlərimiz, dilimiz ortaya narahat edən bir səs çıxardır. Danışarkən nəfəsimizi veririk. Bu nəfəs danışan insanın xarakterinə təsir edən düz 11 nöqtədən keçir. Əlavə olaraq da, danışanın dili, dodaqları, xarakteri danışığa təsir edən amillərdir. Ancaq bütün danışmaq sisteminin o dərəcəsi beyindir. Burda düşüncə əsası təşkil edir, qulaq və gözlər gələn siqnalları birləşdirir və boğaza siqnal olaraq ötürür.

Liczba odwiedzin: 0
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut