23.05.2011
UMID  !!!!
32, Sumgayit, Azerbejdżan

Ümid ölməzmiş...bitməzmiş...tükənməzmiş...
Hər nə qədər gecə qaranlıq olsa da,səhərin nurla açılacağına mütləq ümid vardır...
Bu gün hər yeri sovurub,xarabalıq edən küləyin...
sabah gözəlliklər saçan günəşlə əvəzlənəcəyinə mütləq ümid vardır...
Boranlı...tufanlı qışın,sərin...xoş təravətli yazla yer dəyişəcəyinə mütləq ümid vardır...
Ümid vardır...bu gündən sabaha...zülmətdən aydınlığa...
Hər bir xəstəlikdə sağalmaq...
Hər yıxıldıqda qalxmaq...
Hər uduzduqda,udmaq...
Hər axan göz yaşının,xoş təbəssümlə əvəz olunacağına dair mütləq ümid vardır...
Sevirsən,amma,sevilmirsən...
Darıxırsan,amma,darıxılan deyilsən...
Gözləyirsən,amma,gözlənilən deyilsən...


Bütün bunlara rəğmən yenə də qarşılığı nə vaxtsa olacaq deyə,mütləq ümid vardır...
Hər kəsin...hər şeyə...mütləq bir ümidi vardır...
Bəs mənim niyə yoxdur?niyə bu qədər ümidsizəm?
Hər açılan sabahda heç bir şeyin dəyişməyəcəyinə niyə bu qədər əminəm?!
ALLAHımın rəhmətinə və mərhəmətinə inamım sonsuzkən,
axı niyə bu ümidsizlik sarıb məni?!
Bəlkə bir daha gəlməyəcəyinə...heç dönməyəcəyinə əmin olduğum üçündür?!
Bitən hər şeyin ardından yeni başlanğıcların olacağına hər kəsin ümidi olduğu halda...
mənim niyə yoxdur?!
Hər kəsin son tapan sevgisinin bəlkə də nə vaxtsa yenidən başlayacağına...
və yaxud qəlbinin yeni sevgilərə yol açacağına sonsuz ümidi varkən...
mənim niyə heç birinə ümidim yoxdur?!


Sənli həyata tam ümidsizkən...sənsiz daha rahat yaşayacağıma niyə bəs ümidsizəm?!
İstədiyim üçün...bəlkə də belə daha asand olduğu üçün..
Gördüyüm doğruları görməzdən...duyduğum həqiqətləri duymazdan...
gəldiyimə görə bu günə qədər,bundan sonra tam eksini edə biləcəyimə niyə ümidsizəm?!
Yoxluğunu bir gün gələr varlığın tamamlayar...
Buraxdığın əllərimi gün olar əllərin yenidən tutar...
Həyat bu...bilmək olmaz...dönər dövran...bəlkə son qoyduğlarımız yenidən başlar?!...
Bunları ümid dolu söyləyən dilim belə...zamanla qəbul etməkdədir mümkünsüzlüyünü...
Hər şeyin düzələcəyinə sonsuz ümidim varkən...
“sən” adlı...toxunmadan belə qanayan yaramın sağalacağına heç ümidim yox...
Ümidim yox...sənə...zərrə qədər belə yox...
Tək ümidim...yenidən ümid dolu olacağım...

Liczba odwiedzin: 4
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut