Ramil Səfərovun Azərbaycana ekstradisiya olunaraq əfv olunmasının Ermənistanda narazılıqla qarşılanması nə qədər gözlənilən olsa da, bir sıra qərb ölkələrinin, xüsusilə də Birləşmiş Ştatların bu məsələyə etiraz etməsi Bakıda təəccüblə qarşılanıb. Məsələ burasındadır ki, elə həmin qərb ölkələri çoxlu sayda ömürlük həbs cəzasına məhkum olunmuş, özü də terrorçu olan erməniləri əfv edib, onları hətta Ermənistana təhvil veriblər.
2001-ci ilin aprelində Fransa 17 il həbsdən
sonra ömürlük həbs cəzasına məhkum olunmuş Varujan Karapetyan adlı
terrorçunu Ermənistana təhvil verərkən, onun təyyarəsi İrəvana enməmiş
Robert Köçəryan onun əfv edilməsi haqda fərman imzaladı, onu qəhrəman
kimi qarşıladılar və o, hətta mükafatlandırıldı. Baxmayaraq ki,
Karapetyan, başqalarıyla birgə 1984-cü ildə Parisin Orli hava limanında
partlayış törədərək səkkiz adamın, o cümlədən, 4 fransızın ölümünün
səbəbkarı idi. O, heç vaxt Ermənistan vətəndaşı olmamışdı və Ramil
Səfərovdan fərqli olaraq, açıq-aydın terrorçu idi. 11 il əvvəl
Ermənistanın bu hərəkətinə nə Amerika, nə də digər dünya ölkəsi
münasibət ifadə etmədi, tədbir görmədi.
Bu fakta başqa erməni
terrorçularını da əlavə etmək olar. Belə ki, 1984-cü ildə ABŞ, turk
diplomatlarını qətlə yetirərək ömürlük həbs cəzası almış terrorçu Qurqen
Yanikyanı azadlığa buraxdı. 1989-cu ildə isə Fransa Parisdəki Turk
Konsulluğuna hücumu təşkil etmiş Malko Melkonyanı azad etdi. Hansı ki,
onun rəhbərlik etdiyi hücum nəticəsində bir türk diplomatı yaralanmış,
biri isə öldürülmüşdü.
Adları siyahıda olan ermənilər terror
törətsələr də, onlar azadlığa buraxılıblar. Amma bu siyahıdakılardan
fərqli olaraq, Azərbaycan zabiti Ramil Səfərovun terror deyil, qətl
törətdiyi Macarıstan məhkəməsi tərəfindən bildirilmişdi və o, hüquqi
prosedurlar çərçivəsində Macarıstandan Azərbaycana ekstradisiya olunub.
ANSPRESS
Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!