CNN: Ayətullah Xamenei: Nüvə silahı bağışlanılmayan günahdır
49, Moscow, Rosja

Cümə, 31 Avqust 2012 14:43

Tehran Radiosu - “İran İslam Respublikası nüvə, kimyəvi və ona bənzər silahların istifadəsini böyük və bağışlanılmaz günah hesab edir.”


Cümə axşamı günü Qoşulmama Hərəkatı sammitinin açılış mərasimində çıxış edən Ayətullah Xamenei ölkəsinin dinc məqsədlər üçün nüvə enerjisindən istifadə etmək haqqı olduğunu bildirib.
İslam Rəhbəri deyib: “İran İslam Respublikası nüvə, kimyəvi və ona bənzər silahların istifadəsini böyük və bağışlanılmaz günah hesab edir.”

O Tehranda keçirilən Qoşulmama Hərəkatı sammitində çıxışı zamanı İran xalqının “Nüvə silahsız Yaxın Şərq” razılaşmasına sadiq qaldığını bildirib.

O deyib: “Bu o demək deyil ki, biz dinc məqsədlər üçün nüvə enerjisindən istifadəni və nüvə yanacağının istehsalından imtina edək. Nüvə enerjisinin beynəlxalq qanunlar çərçivəsində dinc məqsədlər üçün istifadəsi hər bir ölkənin haqqıdır.”

Ayətullah Xamenei daha sonra ABŞ-ı tənqid edərək deyib: “Bizim dövrün acı həqiqəti bundan ibarətdir ki, nüvə silahından istifadə etdiyi üçün günahkar olan və dünyanın ən çox nüvə başlığına və kütləvi qırğın silahlarına sahib olan Amerika indi qalxıb dinc məqsədlər üçün nüvə enerjisindən istiafəd edən xalqlara qarşı təziq göstərir.”

Bu ayın əvvələrində ABŞ Konqresi İran nüvə proqramını hədəfə alan sanksiyalar paketi hazırlayıblar. İran isə dəfələrlə élan edib ki, o nüvə proqramından yalnız tibbi və enerji məqsədləri üçün istifadə edir./İslamtimes/

Liczba odwiedzin: 2
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut