LÜSİFERİN KAHİNLƏRİ (I yazı)
49, Moscow, Rosja



LÜSİFERİN KAHİNLƏRİ (I yazı)

Qərbin qürur duyduğu demokratiya - əksər dünya ölkələrinin siyasi sistemi - mason fəaliyyətinin tipik məhsuludur

I hissə: İndiki Qərb sivilizasiyası məhz masonlar tərəfindən yaradılıb, tam idarə edilir, nəzarətdə saxlanır və mason ideologiyası prinsiplərinə əsasən qurulur

Rusiya “demokratiyası”nın təzə cücərən dövrlərində özünü vətənpərvər sayan çoxsaylı nəşrlər kommunist rejimi zamanı danışılmayan masonluq mövzusunu əllərində bayraq edərək, bildirirdilər ki, insanlığa qarşı yönəlmiş ümumdünya mason sui-qəsdi mövcuddur. “Demokratik” mətbuat isə bu mövzuda məqalələr bombaları yağdıraraq, sübut etməyə çalışırdı ki Rusiyada masonluq yoxdur və olmayıb; guya bunlar Çar təhlükəsizlik sisteminin uydurmasıdır.

Uzun illər keçdi. Və elə həmin “demokratik” nəşrlərdən məlum oldu ki, Rusiyada demə, masonlar varmış, hətta onlar kütləvi informasiya vasitələrində özləri haqqında açıq məlumatlar da verirmişlər. Rusiyada masonluğu inkar edən “demokratik” KİV indi iddia edir ki, masonluq – yaxşı məqsədləri güdən mütərəqqi təşkilatdır. Bu fikirlə razılaşmaq olarmı? Cavab M.Skuratovun “Lüsiferin kahinləri” məqaləsindədir.

Masonlar... Bu söz insanların əksəriyyətində nəsə gizli, qaranlıq fikirlər yaradır. Masonluq Qərb dünyasının tərkib hissəsidir. Demək olar ki, indiki Qərb sivilizasiyası məhz masonlar tərəfindən yaradılıb, tam idarə edilir, nəzarətdə saxlanır və mason ideologiyası prinsiplərinə əsasən qurulur.

Qərbin qürur duyduğu demokratiya - əksər dünya ölkələrinin siyasi sistemi - mason fəaliyyətinin tipik məhsuludur. Yüz ildən artıqdır ki, dünyada baş verən vacib hadisələr mason təşkilatlarının nəhəng şəbəkəsinin məxfi iştirakı olmadan baş vermir. Bu şəbəkə bütün Yer kürəsini görünməz tellərlə əhatə etmişdir.

Rusiyaya gələn demokratiya özü ilə səfaləti, rüsvayçılığı və sonsuz iztirabları gətirdi. Mason strukturu olan Sov.İKP-ın sıralarında olan insanlar leqallaşaraq, demokratiyanın Rusiyaya gəlişini təmin etdi. Sovet quruluşu dağıldıqdan sonra masonlar hüquqi cəhətdən qeydə alınaraq, tamamilə açıq şəkildə öz sıralarını fəal genişləndirir, mason klublarını, cəmiyyətlərini yaradırlar.

Masonluqla maraqlanan insan onun zahiri, açıq tərəfləri ilə - səhnələşdirilmiş ayinləri, parlaq və əlvan rəmzləri, azadlıq, qardaşlıq, bərabərlik və ümumi xoşbəxtlik haqqında dumanlı fikirlərilə rastlaşır. Mason qardaşlığına üzv olan insan bu təşkilatın son məqsədlərini bilmir; onun başını özünü və dünyanı daha da yaxşılaşdırmaq fikirləri ilə aldadırlar.

Lakin tarixdə elə insanlar olub ki, masonluğun dərinliyinə daxil olmaq üçün ciddi addımlar atmış, azad bənnaların (masonların qədim adı) fəaliyyəti və son məqsədləri haqqında məlumat toplamağa çalışmışlar.

XX əsrin əvvəllərində Rus imperiyasının ən güclü təşkilatı olan polis departamenti mason cəmiyyətlərinin sayının artmasından və onların dövlətin daxili və xarici siyasətinə ciddi təsirindən narahat olaraq, bu təşkilatı ciddi nəzarətə götürdü. Departamentin xüsusi şöbəsində bu işlə ayrıca məşğul olurdular. Casuslar material yığır, masonları izləyir, mason sənədlərini və ədəbiyyatını öyrənirdilər. Fransanın Antimason liqası fransız masonluğunun yəhudiliklə əlaqəsi haqqında məlumatlar əldə etmişdi. Rus kəşfiyyatı casusların vasitəsilə mason lojalarının ən məxfi sirlərini öyrənməyə çalışırdı.

Əldə edilmiş informasiya insanı sarsıdırdı. Söhbət, masonlar tərəfindən dövlətdə dövlətin yaradılmasından, hakimiyyətin ələ keçirilməsindən gedirdi. Bu məlumatların əsasında II Nikolay üçün məxfi məruzə hazırlandı. Masonluğun Rusiyada geniş yayılması imperatoru narahat etdi, o öz fikirlərini Nazirlər Şurasının Sədri A.Stolıpinə bildirdi. Stolıpin azad bənnaların faəliyyətində dövlətə ciddi təhlükə görürdü. 1911-ci ilin sentyabr ayının 1-də Stolıpinin yəhudi Mordko Baqrov tərəfindən qətlə yetirilməsiylə masonluqla mübarizə proqramı qeyri-müəyyən zamana qaldı. II Nikolayın özünün bu proqrama davam etməsinə nə siyasi iradəsi, nə mərdliyi, nə də mübarizəyə rəhbərlik etmək arzusu vardı. Hərçənd imperatora mütəmadi şəkildə masonların cinayət fəaliyyətinə, təşkilatın sui-qəsdlər hazırlamasına, inqilabi hərəkatın fəalları ilə əlaqələrinə aid məlumatlar daxil olurdu. Məhz masonik fəaliyyətlər nəticəsində II Nikolay taxtdan imtina etdi, 1918-ci ildə qətlə yetirildi və Rusiyada kommunizm adı altında terror və zorakılıq dalğası başlandı.

Oleq Platonov yazır ki, Rusiyanı könüllü şəkildə zülmətin hökmünə tabe etmiş və bununla da xalqına xəyanət etmiş II Nikolayın kilsə tərəfindən müqəddəsləşdirilməsi arzusu bolşeviklərin məhv etdiyi milyonlarla insan həyatına tüpürmək deməkdir. Kilsə iradəsiz çarın və onun ailəsinin zülmətin gücü ilə həyata keçmiş qətlinə yalnız xristian sayağı heyifsilənməlidir, vəssalam.

Həqiqətənmi masonluq bu qədər yenilməzdir, onunla mübarizə mənasızdır? Hələ 1912-ci ildə Rusiya imperiyasının təhlükəsizlik orqanlarının ciddi siması, xarici kəşfiyyatın rəhbəri L.Ratayev belə tövsiyələr irəli sürmüşdü: “Masonluğun fəaliyyəti müxtəlif olduğu üçün ona qarşı yalnız polisin mübarizəsi kifayət deyil. Cəmiyyətin özündə masonluğa qarşı müqavimət olmalıdır; masonluq ictimai rəyə təsir göstərməyə çalışır və həmin rəyə güvənir, ondan dəstək gözləyir... Ən əsası isə, masonları onların öz sənədləri ilə məhv etmək lazımdır ki, cəmiyyət onların həqiqi üzünü görsün”.

Bu məsləhətə qulaq asıb II Nikolay üçün hazırlanmış və arxivlərdə saxlanan məxfi sənəddə yazılanlardan istifadə edək. Neçə əsrlərdir ki, masonluğun məğzi və ideyaları dəyişmir və ardıcıl şəkildə reallaşır. Bu sənədin tərtibatından sonra baş verən hadisələr həmin məlumatın nə qədər düz olduğunu sübut edir. Sənəddən masonluq ideologiyası haqqında məlumata diqqət edək. Bu məlumatlar ölkədə keçirilmiş qəddar “islahatlardan” sonra peyda olmuş “demokratik” ərpi daha yaxşı anlamağa kömək edər.

Xeyli mason ayinləri var, onlardan bir neçəsi əsas ayindir. Məsələn, “Köhnə şotland” ayini ilə tanış olaq və onun nümunəsində mason doktrinasının inkişafını müşahidə edək.

Masonluğa istənilən şəxs üzv ola bilməz, yalnız masonların seçdikləri insanlar masonluğa üzv olur. Cəmiyyətin üzvləri öz tanışlarının çevrəsini öyrənir, təriqət üçün faydalı ola biləcək insanı axtarırlar. Masonlar ciddi, düşünər insanlara söz verirlər ki, dini sirləri açacaqlar, qayğısız şən insanlara ziyafətlər və gözəl qadınlarla ünsiyyət vəd edirlər, ticarətlə məşğul olanlara böyük gəlir və kreditlər, məmurlara – yaxşı vəzifələr... Əvəzində guya heç nəyə vadar etməyən andiçmə mərasimində iştirakı tələb edirlər. “Cəmiyyətin üzvü olmaq xoşunuza gəlməsə, gedə bilərsiz” – deyirlər. Bu söz yalnız çox zəngin adamlara və siyasi, ictimai nüfuzu yüksək olan insanlara deyilir. Adi fəhlə və ya kiçik məmura lojaya yol yoxdur. Masonluğa üzv olmağa razılıq vermiş namizəd, andiçmə mərasiminə dəvət alır, çoxsaylı suallara cavab verməli olur və insanı alçaldan qəribə ayinləri yerinə yetirir. Bundan sonra namizəd sədaqət andı içir və mason olur. Yeni üzv öyrənir ki, insaniyyət naminə gecə-gündüz çalışmalı, fəzilətli olmalı və Kainatı yaradan ali varlığa – Kainatın Böyük Memarına səcdə etməlidir. Görürsüz, hətta mason olandan sonra da insan bilmir ki gələcəkdə nə etməli olacaq. Yalnız illər keçəndən sonra “Kadoş” rütbəsini alanlar azad bənnaların əsil məqsədlərindən xəbərdar olurlar.

İlk iki “şagird” və “işçi” rütbələrində masonlar xüsusi tərtibatlı yerlərdə- lojalarda yığışaraq, siyasətdən, dindən danışır, inanclara deyil, əqlə üstünlük verirlər, cari dövrün məsələlərini müzakirə edir, masonların körpələrini xaç suyuna salır, toy və dəfn mərasimlərində iştirak edirlər. Bu müddət ərzində hər üzv ciddi nəzarətdə saxlanır, onun xasiyyəti və meylləri öyrənilir.

İkinci rütbədən başlayaraq, masonlara xüsusi qadın lojalarını ziyarət etməyə icazə verilir. Bu lojaların məqsədi masonu öz ailəsindən qoparmaq, kişini xəyanətkar etmək, eyş-işrətə alışdırmaqdır. Kim qadın lojalarına həvəssiz gedərsə, növbəti pilləyə qalxmasına şansı olmur. Əgər “işçi” masonlara uyğundursa, beş ildən sonra o yeni rütbə alır- “ustad” rütbəsini. Ustadlar xristian olmayanların sırasından seçilir. Ustad olan adama yəhudi Süleyman padşah haqqında qədim rəvayətdən, məbədin tikilməsindən, “nur mələklərindən”, Habilin qətlindən danışırlar. Sonra masonlar ustadın gələcəyini həll edirlər. Əgər ustad rəvayətdəki əxlaq və siyasətlə maraqlanarsa, o, növbəti pilləyə qalxa bilməyəcək. Bu ustad kütləylə işləyəcək, inqilabi hərəkatlar təşkil edəcək, hərəkata rəhbər olacaq, seçkiqabağı təbliğatda fəallıq göstərəcək, öz mason-deputatlarını dəstəkləyəcək. Yeri gəlmişkən, deyək ki aşağı və orta səviyyəli kommunistlərin əksəriyyəti üçüncü pillə masonları idi.

Rəvayətdəki elmi mövzuya diqqət edən ustadın 18-ci pilləyə qədər yüksəlməsinə şansı var. Həmin pillə “Qızılgül və Xaç” adlanır. Kim “nur mələkləini” seçsə, masonluğun zirvəsinə çatmaq haqqı qazanır.

Növbəti mərhələ “Qırmızı” adlanır. Masonluğa üzv olanların əksəriyyəti bunu vəzifə üçün etdiyinə görə, bəzən yeni pilləyə keçirilməyi xahiş edirlər. Onların istəyinə imtina etmək- düşmən qazanmaq deməkdir. Ona görə masonlar kimi daha faydalı üzv hesab edirlərsə, ona imkan verirlər ki bütün rütbə pillələrini keçsin. Yuxarı qalxdıqca, ayinlər daha qəribə və axmaq olur. Bu ona görə edilir ki, dövlət masonların fəaliyyəti ilə maraqlanarsa, yuxarı vəzifəli masonların nə qədər axmaq olduğunu görsün və masonluğun əsil məğzini anlamasın. Loja üçün çox faydalı olan masonlar birbaşa ən yüksək pillələrə qaldırılır- 8, 11, 14, 18.

4-8-ci rütbələrdə masonlara öyrədirlər ki, təbii instinktlərə əməl etmək- bəşəriyyətin əsas qanunudur, ona görə həmin instinktlərə (heyvani ehtiraslara) əməl etmək lazımdır. Digər məsələ- xalqa təlqin etmək lazımdır ki, o yalnız masonların gizli rəhbərliyi altında qanunlar diktə edə bilər. Kommunistlər deyirdilər ki, hər evdar qadın ölkəni idarə edə bilər! 4-8-ci pillələrdə olanlar öyrənir ki, dünyanın sonu haqqında danışan dinləri inkar etmək lazımdır, çünki mərhəmətli Allah dünyanın sonundan danışırsa, demək o zalımdır. Lakin hal-hazırda zalım adlandırılan, təbiətin sirlərini öyrədən, elm, incəsənət, mədəniyyət yaradan İlahi mərhəmətlidir. Masonların sirli Yeqva sözü xeyir-şərdən ibarət ilahi deməkdir. Masonlar adi insanların arasında casusluq edir, baş verənlər haqqında mason lojasını məlumatlandırırlar. Masonluq pillələri əsil casusluq məktəbidir.

9-11-ci pillələr “Qara masonluq” adlanır, bu- qətl məktəbidir. Bu pillədə azad bənnalara izah edilir ki, onların qətl törətməyə haqqı var, çünki bu qətllər fəzilət naminədir. Masonlar deyir ki, “İnkişaf etməyən və bəhrə verməyən nə varsa, məhv edilməlidir”. Onların fikrincə, müqəddəs atalar, rahib və rahibələr bəşəriyyət üçün faydasızdır, demək onlar yox olmalıdır. Bu masonlar ölkələrdə inqilabi hərəkatın uğurları məsələlərini dərindən öyrənir, deputatlarla və digər seçkili ictimai xadimlərlə “hakimiyyətin zülmünə” qarşı fəal işləyir.

12-ci rütbəyə çatan masonlara izah edirlər ki, heç bir din mükəmməl deyil, yalnız masonluğun səcdə etdiyi din əsil dindir, çünki ikiallahlığı qəbul edir, yəni xeyir ilə şərin vəhdətini. Masonlar daha çox xristian dinini ifşa edirlər.

Sima Ənnağı

Professional Oxucu Liqası

Faktxeber.com

Liczba odwiedzin: 2
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut