Imam e.f. hesretlileri,gozleriniz aydin olsun!
49, Moscow, Rosja

Ərəbdilli KİV-lər Səudiyyə Ərəbistanı kralının öldüyü barədə xəbər yayıb


Ərəbdilli KİV-lər Səudiyyə Ərəbistanı kralının öldüyü barədə xəbər yayıb

Bu yaxınlarda son şahzadənin ölümü, indi isə kralın ölməsi barədə yayılan məlumatlar ölkədə iğtişaşların yaranmasına səbəb ola bilər.

"Ar-rasad", "TopNews", "Al-Vahdavi.net", "MehrNews.com" və digər ərəbdilli internet saytları 88 yaşlı Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Əbdül Əzizin öldüyü barədə məlumat yayıblar.

Adları çəkilən KİV-lər iddia edir ki, kral bu yaxınlarda Mərakeşdə ölüb.

Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı kralı ABŞ-da müalicəsini başa çatdırdıqdan sonra bərpa üçün Kasablankaya gəlib. Ancaq o komaya düşüb, amerikalı həkim kralın “beyninin öldüyünü” təsdiq edib.

Rəsmi mənbələr kralın ölümünü təkzib edirlər. Nəhəng informasiya agentlikləri də susur. Bununla yanaşı kral özü uzun müddətdir ki, cəmiyyətdə görünmür.

Kralın ölümü barədə məlumat verən saytlar bildiriblər ki, adətən belə məlumatlar müəyyən tədbirlər görülənə və təhlükəsizlik orqanları tam hazır vəziyyətə gətirilənədək gizli saxlanılır.

Bununla yanaşı, Ciddədə olan mənbənin IslamNews İnformasiya Agentliyinə verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı silahlı qüvvələri tam döyüşə hazır vəziyyətə gətirilib. Ölkə rəhbərliyi bunu regional böhranla və İran tərəfindən Hörmüz körfəzinin bağlanma təhlükəsi ilə izah edir.

Müşahidəçilərin fikrincə, yaxınlarda son şahzadənin ölümü, indi isə kralın ölməsi barədə yayılan məlumatlar ölkədə iğtişaşların yaranmasına səbəb ola bilər./HaqqYolu.org/

Ərəbistan Kralı sonuncu dəfə öz vəliəhdi Şahzadə Nayefin dəfn mərasimində görünmüşdü. Ərəbistan vəliəhdi şahzadə Nayif Bin Əbdüləziz 2012-ci il iyunun 16-da ağır xəstəlikdən sonra Cenevrədə dünyasını dəyişmisdi.

Məlumatda deyilir ki, Ərəbistanın silahlı qüvvələri keçən həftə daxili böhranların artması qorxusundan hazırlıq vəziyyətinə gətirilib.

Liczba odwiedzin: 2
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut