HANI AZERBAYCANDAKI AMERKA MEDDAHLARI
49, Moscow, Rosja

29442.jpg
Gündəm

AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

2012-02-21

General müsəlmanlardan üzr istəyir

”The Associated Press” agentliyinin yaydığı xəbərə görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin komandanı Con Allen Quranın yandırılması ilə bağlı üzr istəyib. General bildirib ki, insidentin araşdırılmasına göstəriş verib, hazırda araşdırmalar aparılır: ”Biz Quranın və digər müqəddəs mətinlərin yandırılmasından xəbər tutan kimi, bu prosesi durdurduq”.

Gələn xəbərlərə görə, amerikalı əsgərlərin növbəti vandal hərəkətindən az sonra Bahrəm hava bazasında irimiqyaslı nümayiş keçirilib. ”Yabançılara ölüm” şüarları səslənən mitinqdə 2 mindən artıq əfqan iştirak edib.
Əfqan ordusunun generalı Əbdül Cəlil Rəhimi deyib ki, mitinqçilər son dərəcə acıqlıdırlar və onlar bazanın qarşısını tərk etmək istəmirlər.
Zia-Ul Rahman, əyalətin polis şefinin müavini deyib ki, mitinqçilər havaya atəş açıb, yanğın törətsələr də insan tələfatı qeydə alınmayıb.
Mitinqçilər vurğulayıblar ki, bu düşüncə ilə amerikalılar Əfqanıstana sülh və əmin- amanlıq gətirə bilməzlər.

General Allen Əfqanıstan prezidentindən, hökumətdən və xalqdan bir daha üzr istədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ-da ötən il Quran nümayişkaranə şəkildə yandırıldıqdan sonra, Əfqanıstanda bu kimi mitinqlər keçirildi. Kütləvi tədbirlərdə ölən və yaralananlar oldu.
Əminliklə demək olar ki, bu hadisə də ABŞ-ın müsəlman dünyasında olan-qalan nüfuzuna da ciddi zərbə olacaq. Demokratiyaya düşmən olan şərqin bir sıra müstəbid rejimləri bu faktdan təbliğatda geninə-boluna istifadə edəcəklər...

Elbəyi HƏSƏNLİ

Liczba odwiedzin: 70
 
Komentarze
Kenshido 22.02.2012

Salam.Allah razi olsun bir nece cumle Eli Sheritinin deyimi ile Qurani Kerimin tesir gucu haqqinda
Afrikada Fransa istismarının quduz canavarı Sustel deyir: «Qur᾽an dini kitab deyil. Bu kitab insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş və intiqama qaldırır. Zəlil bir cəmiyyəti Qur᾽an kimi hərəkətə gətirəcək ikinci bir qüvvə yoxdur. Qur᾽an öz sehirli kəlmələri və e᾽cazkar avazı ilə ən ölü qəlbləri diriltmək gücündədir...».
Yə᾽qin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin ekspansionist siyasəti yolunda can qoymuş yəhudi məsləkli bu baş nazir İngiltərə parlamentində Qur᾽anı tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab müsəlmanlardadır, ingilis siyasəti qarşısında müt᾽ilik olmayacaq!».

Rainfall 22.02.2012

Salam..evvela bloqa gore cox sagol dostum
Her bir dinde olan insan bawka dinlere hormetle yanawmalidi..ferq etmez muselmandi ya xristiandi. Qaldiki onu axiretde goreceyik xristianlar ALLAH qatinda kimdi...muselmanlar kimdir....

Blog
Blogi są aktualizowane co 5 minut