Ərəbistanda tələbə aksiyasında 5 nəfər yaralanıb
49, Moscow, Rosja

(Səhər TV)—Ərəbistanın təhlükəsizlik qüvvələrinin bu ölkənin şimal-qərbində tələbələrə hücumu nəticəsində 5 nəfər yaralanıb. Əl-Aləm telekanalının verdiyi məlumata görə, Ərəbistanın şimal-qərbində Təbuk Universitetinin tələbələri bu universitetin başçıları və müəllimlərinin ayrı-seçkilik rəftarına etiraz olaraq aksiya keçiriblər. Lakin Ərəbistanın təhlükəsizlik qüvvələri tələbələrə hücum edərək 5 nəfəri yaralayıblar. Mədinə şəhərində də Təyyibə universitetinin yüzlərlə qız tələbəsi ötən gün universitetin idarəçilik ofisi qarşısında aksiya keçirərək universitetə hakim təhsil sistemi və şəraiti, tədris formasına etiraz olaraq dərsə girməyiblər. Bir müddət öncə də Ərəbistanın təhlükəsizlik qüvvələri bu ölkənin şimalında yerləşən Əbha universiteti tələbələrinin aksiyasına hücum etmişdilər. Hadisə bir qız tələbəsinin ölümü və 53 nəfərin də yaralanması ilə nəticələnmişdi

Liczba odwiedzin: 2
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut