Ar olsun,"Yeni Musavat"a
49, Moscow, Rosja

HER GUN "YENI MUSAVAT"I OXUDUQCA DEHSETE GELIREM."ISA QEMBER+RAUF ARIFOGLU KOMPANI" YA MUSAVAT ADINDAN DANISMASINLAR,YA DA KISI OLSUNLAR.bIR MUDDET BUNDAN QABAQ HETTA RUSLARIN DA ERMENI OLDUGUNU HER YANA YAYDIQLARI YULIYA KRUKYAN-TIMOSENKONU NEDENSE "YENI MUSAVAT"EL UZUNU YUMAQLA MESGULDUR.GUYA YULIYA KrikYan YOX KrikAn-DIR,ERMENI YOX LATISDIR.O VAXT OZ ETIRAZIMI HEMIN QEZETIN MUXBIRI OLAN MURAD KOHNEQALAYA SEIR-MEKTUB FORMASINDA GONDERMISDIM.(HEMIN MEKTUBUN SURETI "Birge.az"-da bloq kimi gedib).DEME TORBADA PISIK VARIYMIS.qEZETIN BUGUNKUSAYINDA ISE "YENI MUSAVAT" ERMENI QIZININ ELINI OPMEK NUMUNESI GOSTERIR.MEQALENI OLDUGU KIMI GOSTERIREM.


Gündəm

VİCDAN MƏHBUSU HƏBSDƏN YULİYA TİMOŞENKO HAQDA YAZDI

2011-10-19

Ukraynada narıncı inqilabı bir çoxumuz diqqətlə izlədik. Kravçuk dönəmindən sonra milli-demokratlar qələbələrini yenə bayram etdilər. Müsavat başqanı İsa Qəmbər “Nezalejnost” meydanında Türkiyə və Azərbaycan bayraqlarının müşayiəti ilə öz dəstək çıxışını etmişdi.

O vaxtdan bu yana az vaxt keçməyib. Azərbaycanda hakimiyyətlə müxalifət növbəti qarşıdurma mərhələsindədir. Müsavatın 100, dövlət müstəqilliyinin 20 illiyində müsavatçılar, cəbhəçilər yenə türmədə, yenə qazamatdadır. Ukraynada inqilab oldu, amma Azərbaycanda da paralel olaraq mövcud olan oxşar sifarişli məhkəmə hökmü ilə müxalifət liderinə həbs cəzası verildi. Özü də hansı müxalifət liderinə! Narıncı inqilabın iki qəhrəmanından biri, sabiq baş nazir, prezidentliyə namizəd Yuliya Timoşenkoya.
Bəs deyirdilər Ukrayna artıq demokratiya relsinə oturub, ona görə Viktor Yanukoviçin hakimiyyətə gəlməsindən çəkinmək lazım deyil?! Politoloqların növbəti səhv mülahizəsi idi. Yanukoviç eks-prezident Kuçmanın yolu ilə gedir, daha doğrusu, onun səhvlərini təkrarlayır. Timoşenkonun həbsi isə avantajdan başqa bir şey deyil.
Rusiya ilə zərərli qaz müqaviləsinin bağlanması boş söhbətlərdir. Kuçma da prezidentliyinin ilk illərində guya Rusiyadan məsafəli siyasət sürürdü, sonra isə nəinki Yeltsinin, hətta Putinin kiçik qardaşına çevrildi. Amerikanın, Avropanın istənilən səviyyədə olmayan təpkisi isə təəssüfləndirici haldır. Lap Azərbaycandakı kimi. Lakin Ukrayna Azərbaycandan Qərbə daha yaxındır. Bəlkə demokratik dünya Yanukoviçin Lukaşenkoya çevrilməsini gözləyir, ondan sonra hərəkət edəcək?
Vaxtilə Viktor Yuşşenkonu həqiqi demokrat sayırdım. Daha doğrusu, məhkəmədə Yuliya Timoşenkoya qarşı verdiyi ifadəyə qədər. Onun bu hərəkətini hələ də anlaya bilmirəm. Bəlkə öz “skura”sından qorxurdu? Xanım Timoşenko keçmiş müttəfiqinin üzəduranlığını görüb bunları dedi: “Allah ona hakimdir”.
Viktor Yuşşenko İsa Qəmbəri Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə təbrik etdi. Amma o, Bakıya təşrif buyuranda digər keçmiş müttəfiqini şəxsən təbrik edə də bilərdi. Niyə gəlmədi? Axı o, artıq prezident deyil ki, bu addımı ilə ölkəsinin marağını zərbə altına qoysun. Amma görünən budur ki, sabiq ola-ola belə Yuşşenko Əliyevin qəzəbinə tuş gəlmək istəmir. Düz də elədi gəlmədi. Açığı, indiki Yuşşenkonun İsa Qəmbərlə yan-yana oturmasını heç istəməzdim.
Özüm həbs cəzası alandan sonra həbsxanada eşidəndə ki Timoşenkoya 7 il həbs cəzası veriblər, bu məqaləni yazmaq qərarına gəldim. İçimdə bir inam var ki, biz Azərbaycanın son siyasi dustaqlarıyıq. “Kişi”lərin xainliyi ilə üz-üzə qalan bu mərd ukraynalı xanıma isə dörd divar arasından belə rəğbət bəsləməyə bilmərəm. Nə vaxtsa xanım Timoşenkonun əlini sıxmağı özümə şərəf bilərdim.
Bakı İstintaq Təcridxanası.

Əhəd MƏMMƏDLİ

816 dəfə baxılıb


Liczba odwiedzin: 6
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut