ZELIMXAN YAQUBA     (Mumkunse serhlerinizi gozleyirem!)
49, Moscow, Rosja

ZELIMXAN YAQUB.

Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.

Ömrümün bu yaşda nağılına bax,
Nağıldı, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.

Əl açar, sevgimin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.

Məcnun dərs oxuyub- kitabı Leyli,
Məcnun sərxoş olub- şərabı Leyli,
Məcnun dərdə düşüb- əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.

Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.

Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.
============

ZELIMXAN YAQUBA


Yaman deyisibsen,yaman,ay qaga,
Medhiyye sepirdin hey sola,saga,
Tezemi baxirsan soyuq torpaga,
Agilli dunyada nisanen qalib.

Allahin yazdigi bir qederdi bu,
Nagilmi..?Eslinde bir xeterdi bu.
Agilsiz esqinden gelen terdi bu,
Agilli dunyada nisanen qalib

Qaytardin,"sevginin" eli neynesin,
Xirmanin bosdusa,veli neynesin,
Sen deli olursan,deli neynesin,
Agilli dunyada nisanen qalib.

Gun kedir,ay kecir,yasin yas danir,
Gun kedir,ay kecir,yasin yasdanir.
Gun kedir,ay kecir,yasin "yasdanir",
Agilli dunyada nisanen qalib.

Picapic salibdi necesin taxtdan,
Uzaq oldum,yaramazdan,yaltaqdan.
Sevmirem qeybeti,demem qiraqdan
Agilli dunyadan nisanen qalib.

Mecnun Leyli sevib-sirabi Leyli,
Mecnun Leyli sevib-xitabi Leyli,
Mecnun leyli sevib-erebi leyli,
Agilli dunyadan nisanen qalib.

Gulmerem qonsuma,geler basima,
Ders kimi yazilar,o basdasima.
"Agil" deye baxma yar yoldasina,
Agilli dunyadan nisanen qalib.

Eslen Tovuzdanam,Asifdi adim,
Agrimaz basima desmal bagladim.
Zelimxan,demeynen,nahaq qinadim,
Agilli dunyadan nisanen qalib.

Liczba odwiedzin: 10
 
Komentarze
Cəsur 24.03.2012

qaqa senn yazdigina he elerine sagliq
amma zelimxan kasmetkasin cox eleyir her weyin ona gore ne onu oxuyuram ne dinleyirem ))
Haci Arif Buzovnali Ramiz Rovwen ancaq )

Ciciqiz-N1 24.03.2012

Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb. *THUMBS UP*

Rainfall 24.03.2012

Eladi dostum. Cox sag ol :-)

Kenshido 24.03.2012

Salam.Zelimxani medhiyye sairi kimi taniyiram.Yaxshi cavabdi.Yazan elin var olsun

Blog
Blogi są aktualizowane co 5 minut