Gedirəm nə olar dayandır məni.
30, Sumgayit, Azerbejdżan

Gedirəm nə olar dayandır məni.

Getməyimlə bil ki, peşman olaram,
Mən öz həyatıma düşmən olaram,
Sevgi qəfəsində yalnız qalaram,
Gedirəm nə olar dayandır məni.

Mən çox dəyişmişəm belə deyildim,
Yalnış fikirlərdən oyandır məni,
Şeytana aldanıb ona əyildim,
Gedirəm nə olar, dayandır məni.

Bir az təsəlli ver, könlümü ovut,
Əgər sevirsənsə inandır məni.
Son dəfə qucaqla, əllərimi tut,
Gedirəm nə olar, dayandır məni

Liczba odwiedzin: 22
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut