Qızıl Qaydalar
40, Baku, Azerbejdżan

1- Ucuz avtomobil istifadə et, amma ala biləcəyin ən gözəl evi al.

2- Hər vaxt və hər mühitdə danışa biləcəyin üç lətifə öyrən.

3- Sevinclərini əsla təxirə salma.

4- Yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90%-i təşkil edər.

5- Hər gün 30 dəqiqə gəziş.

6- Hər yeməkdən sonra Şükr et.

7- Bir dostuna sirrini açıqlamazdan əvvəl iki dəfə düşün.

8- Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə

9- İtirəcək şeyləri olmayan insanlardan qorx.

10- Gözünün qarşısında həmişə gözəl şeylər saxla.

11- Uşaqların, "adət-ənənə" sözünü eşitdiklərində səni xatırlayacaq şəkildə yaşa.

12- Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə bir il vaxt ayır.

13- Özünü və başqalarını bağışlamasını bil.

14- Biri səni qucaqladığında ilk ayrılan sən olma.

15- Evliliyini gözəlləşdirmək üçün hər gün bir şey et.

16- Hər gün 6 stəkan su içməyi unutma.

17- Səni sevən insanları qoru.

18- Çətin də olsa ailənlə istirahət etmək üçün hər şeyi et. Bu anlar, həyatının ən qiymətli anlarından biri olacaq.

19- Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə.

20- Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.

21- Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma :
a) Doğru insanı tapmaq
b) Doğru insan olmaq.

22- Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq-tənqid etmək istədiyin zaman dilini dişlə


Son söz !
Həyatınızdakı pis hadisələri düşünərək vaxt itirməyin;
Yoxsa gözəllikləri görməkdə gecikə bilərsiniz....

Liczba odwiedzin: 6
 
Komentarze
jale--85 15.04.2011

Allah komeyin olsun.bu bloqu butun kiwiler oxusa ela olar.

kamal-26 kamal-26 16.04.2011

sende oxudugun ucun cox sagol

Blog
Blogi są aktualizowane co 5 minut