Blog


Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Gozleyirem men

Senin gozunun yuxusu oldum,
Sevdiyin ciceyin qoxusu oldum.
Menden uzaqladin,menden ayrildin,
Geri donmeyini gozleyirem men.

Qanadi qirilmis qusa donmusem,
Ayriliq hesreti pisleyirem men.
Basqa birisini sevmeyirem men,
Geri donmeyini gozleyirem men.

Aqlayan gozlerim buz baqlayibdir,
Hesretin qelbime od qalayibdir.
Gozlerim geceler ulduz sayibdir,
Semadan ulduzu izleyirem men,
Geri donmeyini gozleyirem men.

Geri don erisin qelbimin qari,
Getir sen qelbime gullu bahari.
Allah baqislamaz vefasiz yari,
Ureye yalvarib doz deyirem men,

GERI DONMEYINI GOZLEYIREM MEN


26.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq

Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək
Küçəyə atılan körpə uşaq tək
Ayrılsaq sevgimiz yetim qalacaq

Qəlbimdə əbədi salmısan saray
Nə qalacaq bu sevgidən bizə pay
Deyən olmayacaqdır birde lay-lay


Vuqarin qisməti əzəldən nakam
Bu sevgidən biz almadıqki ilham
Bir yaşı yenicə olmuşdur tamam
Ayrılsaq sevgimiz yetim qalacaq


Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Dedin,son xatirəm quru şəkildi,
Yazdın,unudanda baxarsan ancaq.
Mən səni unutsam...düşündünmü bir,
Şəklın səndən əvvəl unudulacaq...
Bilirəm,Bir daha dönməyəcəksən,
Əksin - yanan eşhqın bir ovuc külü...
Özün yad üreyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.

Səni saxlamağa çatmadı gücüm,
Açılan ne vaxtsa solması imiş.
Şəklini vərəqə köçürmək üçün
Arada neqativ olmalı imish.

Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ.
Üzünə xəfif bir gülüsh qonubdur,
Hicrana baxırsan sen güle-güle...
Bir anın hökmüylə dəyishir insan,
Necə əziz idi bayaq bu şəkil.
Sən…


26.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Bu gün son görüşdür, mən də bilirəm,
Əlini ovcumda sıxıb gedirəm.
Getmək istəmirsən sən də,bilirəm,
Son dəfə üzünə baxıb gedirəm

***
Çətindir, döyünsün ürək sevənsiz,
Demə,yaşamarsan bir an da mənsiz,
Xoşbəxt olmayacam,bilirəm,sənsiz,
Bu könül evimi yıxıb gedirəm

***
Bu eşqin kitabın biz bağlayarkən,
Mən səni son dəfə qucaqlayarkən,
Arxamca baxaraq sən ağlayarkən,
Gözündən yaş kimi axıb gedirəm

***
Bir də görməyəcəm mən bu gözleri,
Qalsa da,ömrümdə dərin izleri,
Sessiz,baxışların deyən sözleri,
Qəlbimə ox kimi taxıb gedirəm

***
xeyalın fikrimi dolandıracaq,
Gozlərim önündə hər an duracaq,…


24.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Peyğəmbərimiz(s.a.s) buyurmuşdur:«Allah Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir

gündə yeddi sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir:

1. Ədalətli rəhbər;

2. Rəbbinə ibadət etməklə böyüyən cavan;

3. Qəlbi məscidlərə bağlı olan kişi;

4. Allah xatirinə bir-birini sevən, buna görə birləşən və ayrılan iki insan

5. Gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə, «mən Allahdan qorxuram!» deyən kişi;

6. Sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən;

7. Xəlvətdə Allahı yad edib göz yaşı axıdan insan.


Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

RİYAZ əs-SALİHİN kitabından:

2. Möminlərin anası Ümmü Abdullah Aişə - radiyallahu anhə -dən rəvayət edildiyinə görə, Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:
-“Bir ordu Kəbəyə hücum etmək üzrə yola çıxacaqdır. Bir çölə gəldiklərində başdan sona bütün ordu yerə batacaqdır.”
Hz. Aişə (r.anhə) deyir ki, bunun üzərinə mən ya Rəsulullah, onların arasında ticarət üçün yola çıxanlar və pis niyyətli olmayanlar varkən nə üçün hamısı birdən yerə batacaq?, -deyə soruşdum.
Rəsulullah –səllallahu əleyhi və səlləm:
-“Hamısı birdən yerə batacaqdır. Sonra (axirətdə yenidən) dirildilib niyyətlərinə görə hesaba çəkiləcəklər.” -buyurdu.
Buxari, Buyu 49, Həcc 49; Müslim, Fitən 4-8. Ayrıca bax: Tirmizi, Fitən 21; Nəsae, Mənasik 112; İbn Macə,…


22.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Hamımızın uşaqlıqda oynadığı bir sevimli oyun vardı. Gizlənpaç adında. Yaşca özümdən böyüklər o oyuna məni də qoşanda, ilk gizləndiyim etibarlı yer özüm olmuşam ‐ özümdə gizlənmişəm. Necə? Sadəcə ‐ gözlərimi yumaraq. Elə bilmişəm ki, gözümü yumanda heç kim məni görməz. Necə ki, mən heç kimi görmürdüm, qaranlıqdan başqa…

Sonralar böyüdükcə gizlənməyin yolunun göz yummaq olmadığını öyrəndim. Və daha çox şeylər öyrəndim. Öyrənərək anladım ki, insan təkcə fiziki gözünü deyil, həm də qəlb gözünü yuma bilir. Qəlb gözünü yumanlar fiziki gözünü yumanlardan fərqlənir. Belə ki, gözünü yuman qaranlıqda qalır və eyni zamanda o, bu qaranlığın fərqində olur. Həm də anlayır ki, qaranlıqdan…


Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

وعن أبي بَكْرَة نُفَيْعِ بْنِ الْحَارِثِ الثَّقفِيِّ رَضِي الله عنه أَنَّ النَّبِيَّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قال: «إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ» قُلْتُ : يَا رَسُول اللَّهِ ، هَذَا الْقَاتِلُ فمَا بَالُ الْمَقْتُولِ ؟ قَال: «إِنَّهُ كَانَ حَرِيصاً عَلَى قَتْلِ صَاحِبِهِ» متفقٌ عليه

Əbu Bəkrə Nüfey İbni Haris əs-Səqafi - radiyallahu anh- dan rəvayət edildiyinə görə Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:


“İki müsəlman bir-birinə qılınc çəkdiyi zaman, öldürən də, ölən də cəhənnəmdədir”.

Mənsə:

- “Ya Rəsulallah! Öldürənin vəziyyəti məlumdur, amma ölən nə üçün cəhənnəmdədir?” deyə soruşdum.

Rəsulullah –səllallahu əleyhi və səlləm- :
- “Çünki o, yoldaşını öldürmək istəyirdi”. buyurdu.

Buxari, İman…


Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.
Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:
«Belə bir şeyin olmasına necə…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaidzhan

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
— Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə…


Blog
Blogs are being updated every 5 minutes