Blog


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.
Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:
«Belə bir şeyin olmasına necə…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
— Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir.

Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur:…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Bir gün molla mömünlərə müraciət etmək üçün məscidə gəlir. Ancaq orda bir cavan mehtərdən başqa heç kimin olmadığın görür. Molla fikirləşir ki, burda nəsə danışmalıyam, ya yox? Bunu mehtərdən soruşmaq qərarına gəlir:
— Burda səndən başqa heç kim yoxdur. Səncə nəsə danışmalıyam ya yox?
Mehtər cavab verdi:
— Cənab, mnə sadə adamam və belə şeylərdən başım çıxmır. Ancaq mən tövləyə gəlib görəndə ki, atların hamısı qaçıb, biri qalıb, ona yem verəcəm.

Mollanın bu sözlər xoşuna gəlir və moizə oxumağa başlayır. İki saat davam edən söhbətdən sonra o özündə rahatlıq hiss etdi və moizəsinin nə dərəcədə yaxşı olduğunu təstiq edən sözlər…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Professor dərsdə tələbənin birinə sual verir:
— Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
— Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
— Professor, sizə sual vermək olar?
-Buyur.


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Kevinin 22 yasi tezece tamam olmusdu, ozunden emin, cox agilli ve bir cavan oglan idi. 10 gunden sonra Koreyadaki muharibe zonasina yollanmaq ucun Ingiltereden ayrilacaqdi, hec bir seyden qorxmurdu amma, olkesinden ayrilmaq cetin gelirdi ona. Agir addimlarla boyuk bir kitabxanin qapisindan iceriye girdi, bir kitab goturub oturdu ve sehifelemeye basladi. Heqiqeten de cox gozel movzulari ozunde eks etdiren bir kitab idi, amma daha da maraqli olani ise kitabi daha evvel basqasinin da oxumus olmasi ve bezi yerlere qeydler goturmus olmasi idi. Oxuyanin qeydler goturduyu hisseler Kevine maraqli geldi, qeydleri oxuduqca sarsilirdi. Kim ola bilerdi bu? Derhal kitabxanaciya yaxinlasdi ve evvel…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi… Amma indi… indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Ölkənin birində iki həqiqi dost yaşayarmış. Birinin malı, o birinin malı kimi imiş. Göründüyü kimi o ölkədə dostluq tamam fərqli imiş. Günlərin bir günü, gecə hərkəs dərin yuxuya gedibmiş. Orda günəş batan kimi millət yatarm imiş. Gecə bir vaxtı dostlardan biri səksənib, oyanıb yuxudan. Düz dostunun evinə kimi qaçmış. Oyadıbmış xidmətçiləri dərin yuxularından. Dosdu, yuxarıdan eşidib səsini. Qılıncını və kəsəsini qapdığı kimi özünü aşağıya çatdırmış. «Xeyir ola!», demiş maraq içində, təngi nəfəs. «Sən, asanlıqlaoyandırmazsan heç kimi, yatmaqıda sevirsən. Qumarda pul itirmisənsə — al bu kəsəni. Evini oğurlayıblarsa — qılıncım yanımdadlr, gedək haqlarından gələk. Yoxsa tək yata bilmirsənmi? Mənim gözəl kənizimi…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Ölkədən ölkəyə, şəhərdən şəhərə avtobuslar gedir. Burda sağollaşıb ayrılır, gözdən itənə qədər pəncərə arxasınlan əl yelləyir, orda həsrətlə gözləyirlər. Avtobus beşcə dəqiqə gecikdimi, sərnişinlər bir mərəkə qoparırlar, gəl görəsən. Haqsız da sayılmazlar amma. Niyə də haqsız olsunlar ki, haqlarının tapdanmasını istəmirlər. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə kefinə qalsın.
Amma sizə söyləmək istədiyim bu hadisədə sərnişinlər də, sürücülər də yolun yarısında nə az — nə çox, düz iki saatdan artıq gecikməyə razı olublar. Gecikiblər, həm də bu gecikmədən özləri də çox məmnun olublar. Antalya — Şanlıurfa istiqamətində hərəkət edən avtobus Mərsin vilayətinin Bozyazı rayonuna gələndə anası Həsrət Toprağın qucağındakı bir yaşlı…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdżan

Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, «indi otağına get!» deyərdi.Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım. Atam əsəbiləşər, «Bütün gün insanlara baş partlatmaqdan böhrana düşdüm, birdə sən başmı ütüləmə!» deyərdi. Anam da «Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?» deyə danlayar, məni otağıma göndərərdi. Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim…
Atam arxamdan, «Bizim bir…


Blog
Blogi są aktualizowane co 5 minut