Ditar


Ciciqiz-N1
35, Roseau, Dominica

BİR QAYAYA SÖYKƏNMİŞƏM,
DEYİRƏM KAŞ,
BAX BELƏCƏ DAŞA DÖNƏM,
YAVAŞ-YAVAŞ.
TALEYİMİ QAYALARIN TALEYİNƏ
BAĞLAYAM MƏN -
BİRCƏ İNSAN DÜŞÜNCƏMİ
SAXLAYAM MƏN.
DAŞ AYAQLI, DAŞ ƏLLİ BİR İNSAN KİMİ-
ENİB DAŞDAN - DAŞA DÜŞƏM
QAYALARIN LAL DİLİNİ
BAŞA DÜŞƏM.
DEYƏM... -
BİR VAXT İNSAN OĞLU İNSAN OLUB BU QAYALAR
İNSANLARIN NƏRƏSİNDƏN
DOĞULUB BU QAYALAR.
YOXSA, YOXSA
BİR MİLLƏTİN TALEYİNƏ
HARDAN DÜŞƏ BU QƏDƏR DAŞ?!
SİZ, EY QƏDİM ƏFSANƏLƏR,
ŞERİMƏ YAĞ,
SƏSİMƏ YAĞ.
NƏ ZAMANSA
BU DAŞLARLA
BİR DİL TAPAN TAPILACAQ
BU DAŞLARIN, QAYALARIN
KEÇMİŞİNİ OYADACAQ.
ORDU-ORDU QAYALIQLAR
İNSANLIĞA QAYIDACAQ.
BU BASILMAZ NƏRLƏR, ƏRLƏR
BU QAYA SƏRKƏRDƏLƏR
ONDA MƏNİ BİR BALACA
DAŞ ƏSGƏRİ QOYAR YƏQİN -
QOŞULMAĞA BU CƏRGƏYƏ -
QAYALARIN TARİXİNİ


06.04.2012
Ciciqiz-N1
35, Roseau, Dominica

Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur..
Gözümüzün yaşını da,
Bağımızın başını da,
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur...
Gələn nədir? Gedən nədir?
Bələk nədir? Kəfən nədir?
Bu dünya öz kefindədir..
Yağış yuyur, gün qurudur...

Ramiz Rövşən


Ciciqiz-N1
35, Roseau, Dominica

Adam tanımaqda itidir fəhmim,
Qaçmır nəzərimdən nə yaxşı, nə pis.
Doğru zənddə mənə tay olmaz heç kim,
Tanrı vergisidi bu duyum, bu hiss.

Adam tanıyıram, qəlp pul kimidi,
Özü də saxtadı, sözü də saxta.
Müftə kef-damaqlar yaşam çəmidi,
Ortalıqda yeyib, gəzir qıraqda.

Adam tanıyıram, heçdi mənliyi,
Öyünüb qürurla döyür döşünə.
Tula xislətlidi, tez duyur iyi,
Yem üçün az qalır yerə döşənə.

Adam tanıyıram, boşdu kəlləsi,
Boylanır dünyaya o, xumar-xumar.
Dəyməyib üzünə tale şilləsi,
Qoysan özbaşına Allahlıq umar.

Adam tanıyıram, "mübarək işi"
Quyruq bulamaqdı böyük yanında.
Kişisiz yerlərdə sayılır kişi,
İrsi nökərçilik qalıb canında.

Adam tanıyıram, bilmir nədi ar,
Üzündən, gözündən…


Ciciqiz-N1
35, Roseau, Dominica

Mən həyatam,sinəsində sevgi yükü daşıyan
Mən damlayam ,heç sönməyən bir eşqin göz yaşıyam
Mən alovam,bircə naləm dağı-daşı yandırar
Mən zərrəyəm,qığılcımım külü alovlandırar
Mən çiçəyəm,yarpaqları hələ şehli yuxulu
Mən çəmənəm,bir çəmən ki,ancaq lalə qoxulu
Mən səmayam,gecə-gündüz buludlar müsafirim
Mən dənizəm,fırtınayla süslənmışdir sahilim
Mən küləyəm,burulğanı ürəklərdə dolaşan
Mən ulduzam,könüllərdə izlər qoyub sayrışan
Mən ürəyəm,bir ürək ki, ahı daşlar yandırar
Mən duyğuyam,kövrəkliyim nifrəti də sındırar
Mən sevgiyəm,gözü nəmli,baxışları kədərli
Mən nifrətəm heç sınmayan bir qürurun əsiri
Mən zamanam,qoy xoşbəxtlik taleyimi izləsin
Mən insanam dəyərimi tanıyanlar söyləsin...


Ciciqiz-N1
35, Roseau, Dominica



Ciciqiz-N1
35, Roseau, Dominica

GOZLERINDE BASQASININ BAXISI VAR
ELLERINDE YAD ELLERIN NAXISI VAR
TALEYIMDE GOREN KIMIN QARGISI VAR
BURAX DAHA ELLERIMI BURAX GEDIM

DASA DONDU MUM UREYIM DONDU DASA
NECE BAXIM DOST TANISA YAR YOLDASA
SENE MENSIZ RAHATDISA MENSIZ YASHA
BURAX DAHA ELLERIMI BIRAX GEDIM

ISTI QELBUN BUZ KIMIDI MENE QARSI
GORMEDINKI GOZLERIMDEN AXAN YASHI
YA OLUMDU YA AYRILI UZAQ BASHI
ESHIT MENIM FERYADIMI MEN COX DEDIM
BURAX DEDIM DAHA ELLERIMI BURAX GEDIM ....


21.09.2012
Ciciqiz-N1
35, Roseau, Dominica

Gəl,ey payız,sənlə yarım qalan hesabım var.
Səndə qalan bir canım var,xəzanım var.
Can,ey payız,günahkarsan mənim kimi etmədiyin əməllərdə..
Istəmədən parça-parça azalırsan,gələnlərdə,gedənlərdə...
Sən,ey payız,iniltili gecələrdə,uzaqlardan salam deyən,
NUR,darıxma,varam,deyən,anlayışlı dost kimisən!!
Əllərimdən bərk-bərk tutub,
gözlərimin düz içinə baxıb-baxıb qucaqlayan,
mənimlə birgə ağlayan,
sevincimə ortaq olan "O" kimisən
Daha necə təsvir edim, sənə olan həsrətimi, sənin məndə qalıb, batan,gəmilərə dəniz kimi, ölüm kəsilən dərdimi?!
Mən ki,səni heç sevmirdim,bunu məndən yaxşı bildin,
Şahid oldun, özün gördün səni niyə sevdiyimi,
vasitənlə Allahımın, bu qəlbimə bəxş etdiyi- Sevgilimi...
Indi yenə gəlirsən sən , amma onsuz, onun məndə qalan izin silmək üçün??
Yoxsa onsuz mənim necə olduğumu,…


kisi-olun
37, Əzizbəyov, Azerbaidzhan

Tumurcuq dərdində olmayan ağac, odundur. İzdihamların başı çox, ağılı yoxdur. Dünya böyük adamların səviyyəsində yaşaya bilməz. Yaxşı ağac asan çatlamaz.Yetişməz; külək nə qədər qüvvətli əsərsə, ağaclar da o qədər möhkəm olar. İnad, iradənin eşşəkliyidir. Həyatın maraqlı yanlarından biri də, ən yaxşının xaricində bir şey qəbul etməyənlərə ümumiyyətlə ən yaxşısını verməsidir. Zaman böyük bir müəllimdir; çox təəssüf ki bütün şagirdlərini öldürər. Günün parlaq işığında görə biləcəyimiz ən uzaq cisim günəşdir, lakin gecənin qaranlığında milyonlarla qat uzaqda olan ulduzları görərik. Xüsusi dünyanızın qaraldığı gələcək səfərdə bunu xatırlayın… Böyük adam, iddiası böyük olan adamdır Hər kəs kimi davranan, özü kimi davrana bilməyənə zəruri…


kisi-olun
37, Əzizbəyov, Azerbaidzhan

Men onu sevirdim, canim yansada, O meni sadece, dostu sansada, Gunesh tek bashimda, hey dolansada, Yanimda hesretin, kolgesi vardi... Cunki, Onun ureyinde, ozgesi vardi... Gah onu qisqanib, gah inciyerdim, Ozume en aciz adam deyerdim, Dilimde guyaki cox isteyerdim, Qelbimde sevirem kelmesi vardi, Cunki... Onun ureyinde, ozgesi vardi... O ne vaxt gulurdu, mende gulurdum, Sevinci bolurdum, qemi bolurdum, Bu yolun sonunu, deqiq bilirdim... Hardasa ayriliq dongesi vardi... Cunki, Onun ureyinde, ozgesi vardi... Mene sevdiyinden, danishan o qiz, Bilmirdi sevirem, men onu yalniz, Bir film kimiydi yashadigimiz, Bu filmin sonuncu sehnesi vardi... Cunki, Onun ureyinde ozgesi vardi...


kisi-olun
37, Əzizbəyov, Azerbaidzhan

Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.Həm isti, həm soyuqdan,Həm kölgə, həm işıqdanYaranmış bir xoş aləm…Çarpazlanan əllərimbaşımın altindadır,Təbəssüm dodağımda,qırışlar alnımdadır.Tanrı sarı simindən dönə-dönə səs qopur.Qəm qopur, sevinc qopur,Söz qopur.Dönə-dönə o səslərÜrəyimə tökülür,Könlüm simi titrəyir,inildəyir,sökülür.Kamanın səsi titrək,Kamanın səsi kövrəkGah ucalır, gah kəsir,Gah da coşub, tələsir,Tar səsinin dalınca,Mən xəyala dalıncaDuyuram bahar da var;Payız da var, yaz da var.Dörd fəsli birdən duyub,Bircə anın içində,Üşüyürəm, yanıramHəyəcanın içində.Həm arzu, həm iftixar,Həm təəssüf, həm vüqar,Həm səadət, həm də qəmBirdən hiss eləyirəm.Könlümdə yaz sədası,Könlümdə yaz havası.Könlümdə duyğularınRəngbərəng,Aydın, qəşəngQövsi-qüzehi vardır.Könlümün bir yanı isti,Könlümün bir yanı çiçək,Könlümün bir yanı çisək,Könlümün bir yanı qardır.Səs ucalır, ucalır,Dağları yada salır.Səs qayıdır yerə…Gözə gəlir göy,…


Ditar
Blogët shkarkohen çdo 5 minuta