Birge.az saytının söz başa düşməyən bəzi qız istifadəçiləri !
Profilə şəkil yükləyərkən bir birinə oxşamayan şəkillər qoymayın !
Yüklədiyiniz şəkillərdə gah sarısaç qız olur, gah da qarasaç.
Öz şəklinizi qoya bilmirsiz, başa düşürük.
Amma heç olmasa eyni insanın şəkillərindən istifadə edin.
Sözü adama neçə dəfə deyərlər ki başa düşsün ?
Saytda 46.000 istifadəçi var.
Mən isə 1 nəfərəm.
Hər birinizə ayrı-ayrı vaxt sərf etməli deyiləm.
Söz başa düşün.
Mənə və digər idarəçilərə iş artırmayın.
Bloqa yazılanlara əməl etməyənlərin növbəti dəfə hesabını kilidləyəcəm.