Blog


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

Pislik etməklə keçmişdi ömrü. Yaxşılıq nədir bilməmişdi. İndi cəhənnəmin astanasında idi. Qapıda onu mələk qarşıladı. Mələk: “Əgər həyatda bircə dəfə də olsun yaxşılıq etmisənsə sən cəhənnəmə girməyəcəksən.”,- dedi. Adam uzun müddət fikirləşdikdən sonra meşədə gördüyü hörümçəyi xatırladı. Bir dəfə meşədə gedəndə bir hörümçək toru ilə qarşılaşmış, toru qırmamaq üçün yolunu dəyişmişdi. Həyəcanlə bu hadisəni mələyə danışdı.
Mələk gülümsədi və əllərini bir-birinə vurdu. Bu vaxt göydən bir hörümçık toru endi. Adam artiq bu tordan tutub cənnətə girə bilərdi. Sevinclə tora yaxınlaşdı. Ancaq yanındakı adamlar da tordan tutmaq, onunla birlikdə cəhənnəmdən çıxmaq istəyirdilər. Adam torun bu qədər adama dözməyəcəyini düşündü və…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında və hörmətli bir işi olan oğlu salonda otururdular. Uzun söhbet etdikdən sonra oğlu susmuş artıq getmək istəyirdi. O anda üzərində oturduqları divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu. Yaşlı ata qarğaya gülümsəyərək bir az baxdıqdan sonra oğlundan soruşdu:
'Bu nədi oğlum?
Oğlu çaşmış cavablandırdı:
'O bir qarğadı ata.'
Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:
'Bu nədi oğlum?
Oğlu daha da çaşmış yenə cavablandırdı:
'Ata o bir qarğadır'
Qarğa hələ pərvazda komik hərəkətlərlə başını sağa sola çevirir, başını yan yatırdır, havaya baxır, sonra başını yenə onlara…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

Bir qarışqa, bir gün yazılmış bir vərəqin üzərində gəzirdi. Kağızdakı şəkil və yazılar onu heyrətə salmışdı. Özlüyündə fikirləşirdi ki, bu şəkil və yazıları kağız özü yaratmışdır, yoxsa başqa birisi? Elə bu fikirdə ikən bir qələm kağızın üzərində gəzərək başqa bir yazı yazdı. Qarışqa bildi ki, bu şəkil və yazılar kağızın deyil, qələmin yaratdıqlarıdır. Dostlarının yanına gəlib dedi: Bu gün yeni bir kəşf etmişəm. Dedilər: Nəyi kəşf etmisən?
Dedi: Mən bu gün bilmişəm ki, kağızın yazı yazmaq və şəkil çəkmək qüdrəti yox imiş, bəlkə bunları yaradan qələmdir. Hər şey qələmin fırlanması ilə yaranırmış. Biz başımızı həmişə yerə tiktiyimiz üçün, ancaq…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Sonra «1»-in yanına «0» yazır: «Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir.»
Bir «0» da artırır: «Bu təcrübədi. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi.»
Beləliklə, «0»-lar uzanıb gedir.
«Bacarıq… Ciddiyyət… Sevgi...»
Əlavə olunan hər «0»-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı «1»-i silir. Demək istədiyi son fikri çatdırır:
"İNSANLIĞINIZ YOXDURSA,O BİRİLƏR HEÇ BiR MƏNA VERMƏZ."


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

Bir qurbağanı götürüb qaynar suya atanda xilas olmağa çalışır.Ancaq bir qurbağanı götürüb ilıq suya atanda xilas olmaq barədə düşünmür.Üstəlik suyun temperaturu artdıqca çox qəribə bir şey baş verir.


Belə ki,temperatur artsa da,qurbağa heç bir rekasiya vermir.Əksinə,o “öznüdənrazı” bir təsir bağışlayır.Nəhayət,iş o yerə çatır ki,qurbağanın təcrübə qabından çıxmağa gücü qalmır.





Halbuki,onun təcrübə qabından çıxmasına mane olan heç bir şey yoxdur.Ancaq buna baxmayaraq,qurbağa yenə də orada oturub “məlum sonu” gözləyir.Bəs səbəb?..Əslində səbəb qurbağanın daxilindəki “təhlükələri qəbul edən cihaz”dadaır.Sadəcə olaraq,bu “cihaz” qurbağanın ətrafındakı sürətli və ani dəyişiklərə görə hesablanır,yavaş və tədrici dəyişiklərə görə yox...


Əslində günahlarımız da belədir.Günhanhlarımız artıqca “suyumuz qızır”.Əvvəlcə “özümüzdən razı” kimi görsənsək də,müəyyən…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

İlk dəfə idi ki, yolu bu incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu böyük qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ildə yığdığı pulla bu tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər də baxdıqdan sonra bu rəsmi çəkən rəssamı tapdı.

— Bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm, ancaq olan pulum budur.

Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi bükərək oğlana…


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

Böyük bir yük maşını kiçik bir körpünün altında ilişib qalmışdı.Polis “problemi həll etməkçün” şəhərin ən təcrübəli mühəndislərini çağırdı.Mühəndislər nə qədər ölçüb biçsələr də,yük maşınını körpünün altından çıxarmaq üçün bir qərara gəlmədilər.Bu vaxt kənardan tamaşa edən yeddi yaşlı bir uşaq onlara yaxınlaşdı və məsum bir ifadə ilə: “Bəlkə təkərlərin havasını çıxarasınız”-dedi...





Beləliklə “böyük bir problem” “kiçik bir ağılla” həll olmuşdu...


Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

1) Nahar etməmək
Nahar etməyən şəxslərin qan şəkərinin səviyyəsi aşağı olur. Bu vəziyyət beyin üçün qeyri- kafi qida tədarük edilməsinə və sonunda beyin degenerasiyasına gətirib çıxarır…

2) Həddindən artıq yemək
Beyin arteriyalarının sərtləşməyinə səbəb olaraq, zehin gücünün azalmasına gətirib çıxarır…

3) Siqaret çəkmək
Çoxlu beyin büzülməsinə səbəb olur və Alzheimer xəstəliyinə yol aça bilər.

4) Yüksək şəkər istehlakı
Daha çox şəkər zülalların və qidaların sorulmasını dayandırar və balanssız bəslənməyə səbəb olaraq beynin inkişafına mane ola bilər.

5) Hava çirklənməsi
Beyin bədənimizdə ən çox oksigen istehlak edən orqandır. Çirkli havanın tənəffüs edilməsi, beynə gedən oksigeni azaldır və beynin səmərəsini aşağı…


20.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbejdžan

1. Səbətdəki 5 almanı 5 uşaq arasında elə paylaşdırın ki, almanın biri səbətdə qalsın.
2. Canavar nə vaxtadək meşəyə qaçır?
3. Avtobus Maştağaya yaxınlaşanda yol iki yerə ayrılır: biri Buzovnaya, o biri isə Maştağaya. Yol ayrıcında iki oğlan dayanır. Onlardan biri həmişə doğru, digəri yalan danışır. Avtobus sürücüsü oğlanlardan necə soruşsun ki, Buzovnaya gedən yolu bilsin?
4. Üç almanı iki ata və iki oğul arasında parçalamadan bölüşdürə bilərsiniz?
5. Azərbaycan şahmatçısı Teymur Rəcəbov və rus şahmatçısı Anatoli Karpov çempionatda 5 matç keçirdilər və hər biri 5 qələbə qazandı. Bu necə ola bilər?


Blog
Blogovi se ažuriraju svaka 5 minuta