Blog


kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Əslində, ən böyük ədəd heç cür adlanmır. Çünki, ən böyük ədəd hələ insanlara məlum deyil və bəlkə də heç vaxt da məlum olmayacaq. Ümumiyyətləbəşərə lazım olan nəhəng-sayların heç də hamısının adı yoxdur. Sizi nəhəg-ədədlərlə tanış etməzdən öncə bir rəvayəti nəzərinizə çatdırmaq istərdim. Məşhur rəvayətlərdəndir. Həm də rəqəmlər aləminə qısaca nağılvari bir səyahət də edərik.

Rəvayətə görə, bir alim ölkəni idarə edən şahın əmrini yerinə yetirmək üçün bu əsrarəngiz şahmat taxtasını icad edir. Üzərinə düşən işi incəliklə yerinə yetirən alim taxtadakı rənglərə və fiqurların quruluşuna heyrətlə baxan hökmdarın rəğbətini qazanır. Şah alimə müraciətdə: ”Taxtanı və üzərindəki fiqurları bəyəndim, bunun qarşılığında məndən nə…


kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Insan yuxuda ikən faktik iflic vəzziyyətdə olur.
Vaxtilə siqaret çəkmiş ,sonradan tərgitmiş şexslər daha parlaq ve real yuxular görurülər.
Bütün insanlar yuxu görür sadəcə bəzileri heç zaman bunu xatirlamir.
Bəzi insalar yuxunu ağ-qara rəngdə görürlər.
Insan gördüyü yuxunun 90%-ni unudur.
Hətta kor insanlar da yuxu görürlər.
Insan xoruldayan zaman yuxu görmür.
Körpələr 3 yasinadək özlərini yuxuda görmürlər.
3-8 yas arasinda olan usaqlar böyük insanlarin bütün ömrü boyu gördüyündən də daha qorxulu yuxular görürler.
Sutkada 6-7 saat yuxulayan insanlarda cavan yaslarinda ölmek riski 8saat yuxulayanlarla muqasiyədə daha azdir.
Orta hesabla insan,ömrünün 6 ilden bir qeder artigini yuxuda kecirir.
Insanin yasi artiqca onun yuxuda keçen vaxti da coxalir.
Ginnesin rekordal kitabina düşən ən…


11.06.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Hamını xoş gördük əvvəla!

<iblisin rəqəmi>,<nəs rəqəm> sayılan 13 rəqəminin sirlərini açmaq istədim.hamının yaddaşında pis rəqəm kimi sayılan 13-dən niyə hamı qorxur???doğurdanmı 13 düşərli rəqəm deyil??!!!
<qara>13-ün bu günə qədər tapılmış <mənfi>tərəfləri:
***Antik dövrdə Hesoid kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı tapşırardı.
***Çində 13 qapalı və qaranlıq astroloji siklə keçiddir.Burada da 13 “ölüm rəqəmi” sayılır.
***İnanca görə,bayram süfrəsində 13 nəfər oturmamalıdır.Əgər təsadüfən 13 nəfər oturdusa,masadan 1-ci qalxan insan il ərzində ölürmüş.
***İblis göy ətrafında 13-cü mələk olub.
***Cadugər və ifritələr bir yerə yığışarkən,12 nəfər olurlar.13-cü isə şeytanın özü olur.
***Xristian dinində İsa 12 apostoldan sonra 13-cü idi.Gizli cümə iştirakçıları da 13 nəfər idilər.
***Şagirdi İsa Peyğəmbəri məhz ayın…


10.07.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

niyə belə gec böyüyür budaqları,


sərin mehdən töküləcək yarpaqları.

Səbəb birmi, ya ikimi

bu ağacın kökü cansız, kökü zəif,

bu ağacın kökü bəlkə su görmyib.

Bircə damla suya möhtac sanki ağac,

Birdən-birə böyüyəydi kaş ki, ağac.

Daha gecmi yetişəcək,

düşünürəm dərin-dərin.

Bu ağacda gözü qalıb,

Ola bilsin <!–more–>

neçə-neçə

bədgözlərin.

Dərdmi yeyir görəm ağac,

dərmanı yox verəm ağac.

Dərd çəkirsən hansı dərdi?

Bəlkə dərdin nə qədərdi?

Bilməyirəm bunu mən də,

Saxlayırsan ürəyində.

Ya bizlərdən incimisən,

etinasız yanaşmışıq.

Budağından,

yarpağından

qıra-qıra

böyüməyə qoymamışıq.

Ya özündən incimisən

çox dolaşıq müzakirə.

Qabığında qırış-qırış

cadar-cadar

öz içindən yeyir bəlkə səni qurdlar.

Mən nə bilim, nə söyləyim,

Ola bilər tamam səhvdi dediklərim.

Yalnız onu bilirəm ki,

ağac kimi göz önündə

yavaş-yavaş məhvə gedir

sevdiklərim.
 


10.07.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Heç kəsdən bu qədər utanmamışdım

bu gün səndən utandığım kimi…

Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə

Çəkdim gözümü üzündən,

Utandım gözündən…

İnanmadığımı anlarsan deyə gözümdən

Zillədim onları çayıma…

Qoydum özümü axmaqlığa ki,

əmin olasan inandığıma.

Qorxdum, inamadığımı bilsən,

Xəcalət çəkərsən,

Dözmərəm, məni aldadarkən belə sınmağına…

Özümdən utandım,

çayımın içindəki üzümdən utandım.

Heç kəsdən bu qədər utanmamışdım…
 


kisi-olun
37, Əzizbəyov, Azerbaycan


Nə oxuyur bu axşam?
Ömür əriyən ağ şam,
Bu bir gilə ömrümdə
Beş ömür yaşamışam.
Quruyla yanmış yaşam,
Çətin bir də alışam,
Aramızda ölüm var,
Sən gözsən, mən də qaşam.

Dünya, çətin barışam,
Odlamısan, baxmışam,
Od da səbrimdən bezib,
Mən nə zülüm dağmışam.
Gölə atılmış daşam,
Nə elit, nə bozbaşam,
Niyə hər şey əyridi?
Nə koram, nə də çaşam?!


***

Məndən uzaqlara qaçmaq istəsən,
Əzabdan qurtulub uçmaq istəsən.
Əllərim çatmayan yerlərə getsən,
Dənizlər adlayıb, ölkələr keçsən.
Sən elə bilmə ki, bilmərəm bunu -
Gözlərin yol azıb qatar yuxumu…

Bakıdan yanına uzanar əlim,
Bir özgə əlində donar əllərin…
Gözlərin gözümü görüb, diksinər…
Özgə gözlərinə tərif deyəmməz,
Sözlərin quruyar dodaqlarında,
Yenə dilin çönüb məndən danışar,
Yenə ağlın çaşar, beynin qarışar,
Qorxuya düşərsən məhəbbətimdən…
Sən bunu bənzətmə, gülüm, heç nəyə,
Bu mənim eşqimdi, bu mənəm…


16.06.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

Xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,-

Tanıya bilmədim,

məni bağışla

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla.!


“Ölmədim” deyirəm,

Nə bilim axı,------

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.



Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki,---

Ayrıldıq, şeytanı güldürdük onda,

Bu ilin,

bu ayın,

bu günündəki,

Elə bu küçənin bu tinindəki

Məni də, səni də öldürdük onda.



.....Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.



Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.......

Hamı günahkardı dünyada,

amma

Dünyada heç kəsin günahı yoxdu.



Bizsiz yazılmışdı bu tale,…


16.06.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

 Qaranlıq üstümə gəlir.İndi başa düşürəm kəfən yalnız dirilər üçün ağdır.
Dar məzarda qiyamətə kimi qalacam deyəsən.
Bütün həyatımı fikirləşirəm,görəsən günahlarım çox olub?
Doğuldum ciyərlərimə havanın dolması üçün.
1 yaşımda mənə süd vermələri üçün ağladım.4 yaşımda ən çox məni sevmələri üçün
ağladım.6 yaşımda məni məktəbə qoydular.Ətrafımdakıları tanımadığım üçün ağladım.
10 yaşımda ilk “2”mi almışdım.Hamının içində ağladım.16 yaşımda ilk sevgimi tapdım.
Mənə xəyanət elədikləri üçün ağladım.18 yaşımda universitetə girə bilmədim.
Utandığım üçün ağladım.
21 yaşımda ailə həyatı qurdum,anamdan ayrılacağım üçün ağladım.
31 yaşımda mənə iftira atdılar,yaxınlarım inanmadığı üçün ağladım.
45 yaşımda yeganə övladım evdən qaçdı,çəkdiyim əziyyətlərə görə ağladım.
55 yaşımda həyat yoldaşım xərcəng xəstəliyindən vəfat etdı,
ilk dəfə özümü tək hiss etdiyim üçün ağladım.
63…


16.06.2011
kisi-olun
37, Əzizbəyov, Azerbaycan

O süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların oldu sevda dənizim,
Gülən baxışların qəlb sevincimdir.



Gözümə zillənib baxanda gözlər,
Sanki bir dikanı battı hər gülün.
Elə ki çəkildi o gülən gözlər,
İndi de əzizim mən necə gülüm.



Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə bir him-cim oldu,
Bəzən ürək deyir bir az çox baxın.



Güldürmə demə ki baxmıram sənə,
Sevən gözlər heç vaxt yalan söyləmir.
Sevirəm denən sən mənə bir dənə,
Gözlər yorulubdur tabda gətirmir.



İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum qanadım.
Elə hey baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.



Qələmin bəs dedi gedirəm indi,
Deyir yenə baxar dur get yanına.
Gördüm yenə baxdın qəlbim sevindi,
Gözlərim hey baxır gələn yoluna.



Vəfasızlara

Qoyma…


kisi-olun
37, Əzizbəyov, Azerbaycan

Derse geden bir usaq yixilmadi buz ustde
Basqa dusuncelerle baxirdi qas qabaqli
dalanlarda bir masin yol edirdi duz ustde
etrafinda insanlar qaygilarla calaqli
derse geden bir usaq oxumadi dersini
serf edirdi bir basqa aleme hevesini
Gelib genis isiqli otaga daxil oldu
sinife etir iyi ozunden qabaq doldu
Gecikmisdi mektebe
Kecerek tez eylesdi qabaqdaki yerine
Muellime pozmadi birce anliq halini
Ele deyib tokurdu sozlerin davamini
deqiqeler oturdu ya qacirdi sinifden
hami ayri dusmusdu ders adlanan hedefden
ele bu an sinife bir musiqi yayildi
murguleyen bir iki, usaq birden ayildi
muellime lal dinmez heykel oldu yerinde
gormemezlik etmeye haqqi yoxdu elinde
onu dunen kocurdu
anasinin bezekli,
qasli telefonundan
Xoslamisdi oxuyan o qizin baxisini
ozune vurulmusdu bilmisdi turk kinodan
Kimin telefonudu?!! qezeblenmek…


Blog
Bloglar 5 dakikada bir güncelleniyor