Tumurcuq dərdində olmayan ağac, odundur. İzdihamların başı çox, ağılı yoxdur. Dünya böyük adamların səviyyəsində yaşaya bilməz. Yaxşı ağac asan çatlamaz.Yetişməz; külək nə qədər qüvvətli əsərsə, ağaclar da o qədər möhkəm olar. İnad, iradənin eşşəkliyidir. Həyatın maraqlı yanlarından biri də, ən yaxşının xaricində bir şey qəbul etməyənlərə ümumiyyətlə ən yaxşısını verməsidir. Zaman böyük bir müəllimdir; çox təəssüf ki bütün şagirdlərini öldürər. Günün parlaq işığında görə biləcəyimiz ən uzaq cisim günəşdir, lakin gecənin qaranlığında milyonlarla qat uzaqda olan ulduzları görərik. Xüsusi dünyanızın qaraldığı gələcək səfərdə bunu xatırlayın… Böyük adam, iddiası böyük olan adamdır Hər kəs kimi davranan, özü kimi davrana bilməyənə zəruri…
Men onu sevirdim, canim yansada, O meni sadece, dostu sansada, Gunesh tek bashimda, hey dolansada, Yanimda hesretin, kolgesi vardi... Cunki, Onun ureyinde, ozgesi vardi... Gah onu qisqanib, gah inciyerdim, Ozume en aciz adam deyerdim, Dilimde guyaki cox isteyerdim, Qelbimde sevirem kelmesi vardi, Cunki... Onun ureyinde, ozgesi vardi... O ne vaxt gulurdu, mende gulurdum, Sevinci bolurdum, qemi bolurdum, Bu yolun sonunu, deqiq bilirdim... Hardasa ayriliq dongesi vardi... Cunki, Onun ureyinde, ozgesi vardi... Mene sevdiyinden, danishan o qiz, Bilmirdi sevirem, men onu yalniz, Bir film kimiydi yashadigimiz, Bu filmin sonuncu sehnesi vardi... Cunki, Onun ureyinde ozgesi vardi...
Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.Həm isti, həm soyuqdan,Həm kölgə, həm işıqdanYaranmış bir xoş aləm…Çarpazlanan əllərimbaşımın altindadır,Təbəssüm dodağımda,qırışlar alnımdadır.Tanrı sarı simindən dönə-dönə səs qopur.Qəm qopur, sevinc qopur,Söz qopur.Dönə-dönə o səslərÜrəyimə tökülür,Könlüm simi titrəyir,inildəyir,sökülür.Kamanın səsi titrək,Kamanın səsi kövrəkGah ucalır, gah kəsir,Gah da coşub, tələsir,Tar səsinin dalınca,Mən xəyala dalıncaDuyuram bahar da var;Payız da var, yaz da var.Dörd fəsli birdən duyub,Bircə anın içində,Üşüyürəm, yanıramHəyəcanın içində.Həm arzu, həm iftixar,Həm təəssüf, həm vüqar,Həm səadət, həm də qəmBirdən hiss eləyirəm.Könlümdə yaz sədası,Könlümdə yaz havası.Könlümdə duyğularınRəngbərəng,Aydın, qəşəngQövsi-qüzehi vardır.Könlümün bir yanı isti,Könlümün bir yanı çiçək,Könlümün bir yanı çisək,Könlümün bir yanı qardır.Səs ucalır, ucalır,Dağları yada salır.Səs qayıdır yerə…Gözə gəlir göy,…