Siz də öz rənginizi seçin.
37, Baku, Azerbejdżan

Şübhəsiz ki, hər birimizin sevdiyimiz və ya sevmədiyimiz rənglər
var və bu rənglər bizim xarakterimizdən xəbər verir. Başqa sözlə, sevdiyimiz rənglər
qədər sevmədiyimiz rənglər də xarakterimizi əks etdirir.


Saflığın, təmizliyin rəngidir...
- Əgər ağ rəngi sevirsinizsə, deməli, dəyişdirməyi də sevirsiniz.
Üstəlik, heç bir şeydən qorxmursunuz. Maneələrdən xilas olmaq və “mütləq azadlıq” arzusu
sizin əsas qayələrinizdəndir. Ancaq unutmayın ki, bu yolda hisslərinizi də qurban verə bilərsiniz.
Əgər ağ rəngi sevmirsinizsə, deməli, məntiqi də sevmirsiniz. Ona görə də, nə vaxtsa,
sizi reallıqdan qaçan bir adam kimi qələmə versələr, təəccüblənməyin.
Qara
Ölümün, matəmin, eyni zamanda ciddiliyin və ziddiyyətin rəngidir...
- Əgər qara rəngi sevirsinizsə, bədbin olmaqda yanaşı, “çətin vəzifələrdən” də
qorxmursunuz. Həyata baxışınız pessimist olsa da, qətiyyətli və inadkarsınız.
Əksinə əgər qara rəngi sevmirsinizsə, sizin gözünüzdə stəkanın yarısı boş yox, doludur.
Digər tərəfdən, siz hadisələrə həmişə müsbət tərəfdən yanaşırsınız.
Ancaq əzablara, çətinliklərə də hazırlıqsızsınız.
Sarı
Yüksək əhvali-ruhiyyənin, dinamizmin, sərbəstliyin rəngidir...
Əgər sarı rəngi sevirsinizsə, deməli, optimist bir insansınız.
Həmişə reallığı nəzərə almasanız da, qətiyyətli hərəkət etməyi bacarırsınız.
Əgər sarı rəngi sevmirsinizsə, deməli, tənqidi də sevmirsiniz.
Qırmızı
Aktivliyin və aqressivliyin rəngidir...
Əgər sevdiyiniz rəng qırmızıdırsa, deməli, insanlara qarşı təhrikedici mövqe tutursunuz.
Həmişə yeni macəralar axtarırsınız. Əgər qırmızı rəngi sevmirsinizsə, deməli, münaqişələrdən qorxursunuz.
Daha çox dinc münasibətlərə üstünlük verirsiniz.
Bu isə bəzən sizi güzəştə getməyə məcbur edir.
Yaşıl
Məntiqin, yüksək enerjinin rəngidir... Əgər yaşıl rəngi sevirsinizsə,
deməli, məntiqli və təmkinli bir insansınız. Enerjinizə nəzarət
edə bilirsiniz. Bəzən yeniliklər sizi narahat edir.
Əgər yaşıl rəngi sevmirsinizsə, bu o deməkdir ki, qayda-qanunlardan və konformizmdən
qorxursunuz. Məhdudiyyətlər sizi özünüzdən çıxarır.
Göy
Dəyişikliyin və yenidənqurmanın rəngidir...
Əgər göy rəngi sevirsinizsə, deməli, həmişə “görünənlərin arxasında
nə isə axtarırsınız”. Sizi daha çox həyatın sirli macəraları cəlb edir.
Əksinə əgər göy rəngi sevmirsinizsə, deməli, “görmədiyinizə inanmırsınız”.
Üstəlik, həyatda sizi məyus edən hadisələrlə qarşılaşdığınız üçün bir qədər
laqeydsiniz. Sizin üçün hisslərin də elə bir əhəmiyyəti yoxdur.
Qəhvəyi
Sabitliyin, əmin-amanlığın rəngidir...
Əgər qəhvəyi rəngi sevirsinizsə, onda sizin üçün hər şeydən əvvəl əmin-amanlıq gəlir.
Münasibətlərdə də əmin-amanlığa üstünlük verirsiniz.
Bunun səbəbi bəlkə də sizi yoran münaqişələrdən uzaqlaşmaq və yenidən enerji toplamaqdır.
Yox əgər qəhvəyi rəngi sevmirsinizsə, sizin üçün ən böyük günah tənbəllikdir.
Yorulmaq nədir bilmirsiniz. Çünki tənbəllikdə ittiham olunmaqdan qorxursunuz.
Boz
Bu rəngi hər şeyə uyğunlaşdırmaq olar.
Bu rəngdə yüksək emosionallıq və ya əmin-amanlıq axtarmaq əbəsdir...
Əgər boz rəngi sevirsinizsə, sizin yeriniz ön sıralarda yox, lojadadır.
Bu isə o deməkdir ki, siz daha çox hadisələrə kənardan baxmağı üstün tutur,
mümkün qədər gözdən uzaq olmağa çalışırsınız.
Əgər boz rəngi sevmirsinizsə, deməli, ön sıralarda oturmağı xoşlayırsınız.
Hər cür məhdudiyyətdən və monotonluqdan qaçan,
qarşılaşdığınız maneələri dəf etməyə çalışan bir insansınız.
Mavi
Mavi rəng asayişi, nizam-intizamı, harmoniyanı ifadə edir...
Əgər mavi rəngi sevirsinizsə, deməli, sülhsevər insansınız. Daha çox harmoniyaya,
stabil münasibətlərə üstünlük verirsiniz. Ancaq unutmayın ki, ifrat harmoniya axtarışları sizi passivliyə sövq edə bilər.
Əgər mavi rəngi sevmirsinizsə, deməli, “azad” bir insansınız. Məhdudiyyətlər sizin üçün deyil.
Üstəlik, narahat bir xarakteriniz var. İkitərəfli münasibətlərdə asılı olmaqdan qorxur,
daha çox tənhalığa meyil edirsiniz.
Fikirləriniz...
 

Liczba odwiedzin: 4
 
Komentarze
Cəsur 08.05.2011

Qara
Ölümün, matəmin, eyni zamanda ciddiliyin və ziddiyyətin rəngidir...
- Əgər qara rəngi sevirsinizsə, bədbin olmaqda yanaşı, “çətin vəzifələrdən” də
qorxmursunuz. Həyata baxışınız pessimist olsa da, qətiyyətli və inadkarsınız.

tewekkur edirem tamamile raziyam

Blog
Blogi są aktualizowane co 5 minut